Məktubdakı xoşbəxtlik...

Məktubdakı xoşbəxtlik...
Sevgi Dünyası
10.09.2017 6
İlahi,
çox xoşbəxtəm. Bu gün həyatımın ən unudulmaz günüdür. Nə yaxşı ki
varsan. Nə yaxşı ki yanımdasan. Artıq baharın ətrini ,payızın füsunkar
mənzərələrini səninlə birlikdə duyub ,seyr edəcəyik. Xoşbəxtlik
yağışının damlaları altında səninlə birgə islanmaq nə gözəl hissdir
,sevdiyim! Uzun ayrılıqdan sonra sənə qovuşmaq, həsrətin sonundakı
vüsala ''xoş gəldin'' demək Tanrının mənə ən böyük hədiyyəsidir desəm?
Bəzənsə sussam ,içimdəki sevginin nəhayətsiz səadətini sadəcə özümlə
paylaşsam ,ürəyimlə ,qəlbimlə danışsam ?Amma bəzən də bütün dünyaya
bəyan etmək keçir könlümdən sənə olan sonsuz, tükənməz eşqimin sevinc
səslərini.

Yağmur, vaxtdır, gecikirsən dərsə. Nə yazırsan belə ?

Qızım
,nəhayət ki ,üzün gülür. Günlərdir ağlayırdın .Nə oldu birdən belə? Nə
qədər cəhd etsəm də üzünü güldürə bilmirdim. Nə yaxşı ki yenidən
təbəssüm qonub yanaqlarına .Səbəbi nədir bunun qızım?

Bilirsən ,ana, deyirlər xoşbəxtlik insanın öz əlindədir. Mən də xoşbəxtliyi özümə yaşatmaq istədim .Mən bu an xoşbəxtəm .

Emilin
gedişindən sonra bütün günü ağladım, sızladım .Dünyalar qədər sevdiyim
birini itirdim ,amma gec də olsa fərqinə vardım. Göz yaşlarım onu geri
qaytarmayacaq. Amma mən onu unutmaq istəmirəm. Qoy yaşasın
xatirələrimdə. Həyata necə baxarsansa ,baxışlarının qarşılığında
görərsən dünyanı. Mən bundan sonra qaranlıqdakı işığı görməyə çalışacam.

Onu geriyə qaytarmaq mümkün deyil artıq. Mən onunla son məktubumda vidalaşacam .Yox, yox ona qovuşacam .

Anacan bax, budur xoşbəxtliyimin səbəbi .Sadəcə bir məktub ...



Bu
məktubda olsa belə ona olan sevgimi ifadə edəcəm. Ürəyimdən keçən ən
mənalı, ən gözəl, ən saf sözlərimi,səadət qoxulu arzularımı yazıram bu
məktuba.Sadəcə məktubdakı xoşbəxtliyimə sığınacam, onunla belə olsa
təsəlli tapacam .

Yağmurun
bu sözləri anasını kövrəltməyə bilməzdi. Qızım ,haqlısan olmadı deyə
kədərlənmə , o zaman üsyan etmiş olarsan Allahın yazısına.

Yalançı ümidlərdənsə kiçik təsəlli daha gözəldir .

Eləysə səni məktubdakı xoşbəxtliyinlə baş- başa buraxıram. 

Bilirsənmi,
əzizim ,səni itirəndə yoxluğunla barışmağa alışmağın qorxusu və əzabı
vardı içimdə .Nə qədər böyük dərd imiş insanın sevdiyi birini itirməsi.
Səni itirəndə anladım.

Bax ,indi çox xoşbəxtəm .Daha göz yaşlarımı ,puç olan ümidlərimi geridə qoydum .Zülməti istəmirəm ,kədəri istəmirəm.

Darıxıram sənin üçün.

Yox, daha ağlamayacam .Axı sən yanımdasan. Xəyalən olsa belə buna da şükr edirəm. Varlığınla yaşayıram ,nəfəs alıram. 

Mən səni
sevmirəm .Mənim eşqim daha böyükdür, əzizim!Mən sənin varlığını
,nəfəsini, baxışını, səsini, mən sənin həsrətini belə sevirəm .Bilirəm
mənim deyilsən, amma bir məktubdakı xoşbəxtliyim hər zaman təsəllim
olacaq .

Qızım ,bəli ,anacan, telefonuna bax mesaj gəlib.



Yağmur telefonuna gələn bu mesajı, deyəsən, elə məktubdakı xoşbəxtliyi kimi bir ömür unutmayacaqdı.

Peşmanlğımla, 

günahlarımla və səhvlərimlə yenidən sənə dönsəm məni bağışlayarsanmı?

Yağmur göz
yaşlarında boğulurdu sanki. Sevincindən yerə, göyə sığmırdı. Sevdiyimiz
insanın bir sözü ,bir kəlməsi bizə dünyaları bəxş edir. Bu da Tanrının
bir möcüzəsidir əslində. Qəlbimizə sevgi toxumlarını səpən də o deyilmi?
Sevginin olmadığı ürək nifrətlə bəslənir. 

Emilin yazdığı bu mesaj da elə insanın həyata necə baxarsa elə də görər fikrinin təsdiqi deyildimi?

Onun geriyə
dönəcəyinə heç bir ümidi qalmamışdı Yağmurun, o sadəcə bir məktubda
xoşbəxtliyini tapmağa çalışdı, bir anlıq olsa belə sevdiyi insanı
qazanmaq istədi və Tanrı sevdiyi insanı ona bu böyük ,məsum, saf eşqinin
qarşılığında bir ömür ərmağan etdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!