Sonra...

Sonra...
Sevgi Dünyası
10.09.2017 19
Məncə,bizim
problemimiz əlimizdəkilərin dəyərini bilməmək fılan deyildi.Bizim əsas
problemimiz bizə doğma olan,səmimi davranan hərkəsi ömrümüz boyunca
yanımızda olacağına özümüzü inandırmağımız idi.Məsələn,biz sandıq ki,nə
ediriksə edək,bizi sevən insanlar heç vaxt bizi tərk etməzlər.Hər nə
səhv etsək bağışlayarlar,kiməsə qarşı bir qüsurumuz olsa,həmişə
görməməzlikdən gələrlər.Ona görə də qəlbini qırdığımız insanlara bir
"bağışla"sözünü çox gördük,bizə bir addım atıb yaxınlaşmaq istəyən
insanlardan isə uzaq durub "sonra bir gün mən də ona tərəf bir
ataram"deyərək öz-özümüzü aldatdıq.''Sonra''sözünü o qədər əzbərlədik
ki,bu söz bizimlə sevdiklərimiz arasında adını qoya bilmədiyimiz bir
uzaqlıq yaratdı.Sanki,ölümdən xəbərsiz insanlar kimi hərşeyi sonraya
saxladıq və bu ''sonralar'' da sonralar bizim axırımıza çıxdı.Bizə dəyər
verən insanları elə görməməzlikdən gəldik ki,onları elə yox saydıq
ki,mövzumuz bu deyil deyə-deyə onlarla danışmağa mövzu tapa bilmədik.Gün
oldu soyuq olduq,gün oldu vecimizə almadıq,gün oldu çox
dəyərsizləşdirdik onları,ancaq yalnız iş işdən keçdikdən sonra anladıq
hər şeyi.O sonraların birində mövzu da tapdıq,gözümüzdə ən dəyərli etdik
onları,amma bir baxdıq ki,ortada nə sevdiklərimiz var,nə də bizə soyuq
davranıb əvəzini çıxacaq biriləri.Çünki hərkəs sevdiyi insanlara soyuq
davranmağı bacarmaz,onları üzməkdənsə,öz üzülməyi hesabına da olsa
səssiz-səmirsiz çıxıb gedər.İndi mövzu yalnızlığımızdırsa,bundan şikayət
etməyimiz qədər gülməli heç nə yoxdur.Nəticədə bu yalnızlığı özümüz
seçmədikmi?..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!