Hər kəs bir gün gedər

Hər kəs bir gün gedər
Sevgi Dünyası
10.09.2017 13
Baxma
insanların çox sevirəm dediklərinə.Çətinə düşəndə asanı seçərlər.Səni
dəlilər kimi sevirəm deyənlər,bir gün heçnə olmamış kimi ağıllıca
gedərlər.

Aldanma,səni ölənə kimi sevəcəm deyən insanların səmimiliyinə.Çünki sıxılanda səni öldürüb gedərlər.

Sırf
iki-üç xoş söz dedi deyə,yeni tanıdığın birinə özündən də çox
güvənib,asanlıqla qəlbini ona əmanət etmə.Ona görə ki,qəlbini fəth etmək
üçün iki-üç gözəl söz deməyi bacaran insan lazım gəldiyində iki-üç ağır
söz deyib qəlbini də qırar.

Səninlə
xəyallar qurub xoşbəxtlikdən üzündə təbəssüm yaradan insanlara da çox
alışma.Xəyal qurmaq kimi sənə xəyal qırıqlıqların da məhz onlar öyrədər.

Həmişə yanında olacam deyən insanlara da çox bel bağlama.Ona görə ki,ən çox onlar getməyi seçərlər.

Və həqiqət budur ki,hərkəs bir gün gedər.Kimisi öz ayağı ilə həyatından çıxar,kimisi isə içindən gedər...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!