Duz və Su

Duz və Su
Sevgi Dünyası
10.09.2017 17
Hindli bir yaşlı usta, çırağının davamlı hər şeydən şikayət
etməsindən bezmişdi. Bir gün çırağını duz almağa göndərdi. Həyatındakı
hər şeydən bədbəxt olan çırak döndüyündə, yaşlı usta ona, bir ovuc duzu,
bir stəkan suya atıb içməsini söylədi. Çıraq, yaşlı adamın söylədiyini
etdi amma içər içməz ağızındakıları tüpürməyə başladı.



- "Dadı necə?" Deyə soruşan yaşlı adama hirslə:



- "Acı" deyə cavab verdi.



Usta çırağını qolundan tutdu və çölə çıxardı. Səssizcə az
irəlidəki gölün sahilinə apardı və çırağına bu dəfə də bir ovuc duzu
gölə atıb, göldən su içməsini söylədi. Deyiləni edən şagird, ağızının
kənarlarından axan suyu qoluyla silərkən eyni sualı soruşdu:



- "Dadı necə?" "Təravətləndirici" deyə cavab verdi gənc çırak.



- "Duzun dadını aldın mı?" Deyə soruşdu yaşlı adam, "Xeyr" deyə cavablandırdı çırağı.



Bunun üzərinə yaşlı adam, suyun yanına diz çökmüş olan çırağının yanına oturdu və belə dedi:



- "Həyatdakı əzabların duz kimidir, nə azdır, nə də çox.
İztirabın miqdarı həmişə eynidir. Ancaq bu iztirabın acılığı, nəyin
içinə qoyulduğuna bağlıdır. İztirabın olduğunda etməyin lazım olan tək
şey iztirab verən şeylə əlaqədar hisslərini genişləndirməkdir. Onun üçün
sən də artıq stəkan olmağı burax, göl olmağa çalış.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!