O qara gözlərin sonadək sadəcə və sadəcə mənim gözlərimə baxmasını istəyirəm

O qara gözlərin sonadək sadəcə və sadəcə mənim gözlərimə baxmasını istəyirəm
Sevgi Dünyası
10.09.2017 9
O baxışların uzun bir yol almasını istəyirəm. O qara gözlərin sonadək
sadəcə və sadəcə mənim gözlərimə baxmasını istəyirəm. Elə ilk dəfəki
kimi, utancaq, çəkingən, amma dərin bir baxışla... Gözlərimin düz içinə
baxaraq gülümsədiyin bir  baxışla... Qoruyucu, sevgi, maraq, istək, və
sədaqət dolu bir baxışla... Bitməsin istəyirəm o an, sən mənim
gözlərimin içərisinə baxarkən qəlbim yerində durmur, çırpına bildikcə
çırpınır, gözlərim nəzərlərini qaçırmaq yerinə sırf sənin gözlərinə
salmaq istəyir. Qanadlanıram, sanki özümü bu dünyanın insanı deyil də,
bir nağılın gözəl prensesi olaraq hiss edirəm. Sırf sənin yanında olmaq,
vaxtımı sənlə keçirmək istəyirəm. Sənə sığınmaq, səndə hüzur bulmaq
istəyirəm. Səndə... Sizdə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!