Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir

Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir
Sevgi Dünyası
10.09.2017 10
Qadın sevgidən ağıllanır, kişi başını itirir.(Remark)

 

Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.



İnsan
həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa
çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya
sovrulur və adam özünü inamsız hiss edir.



İnsan
ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi
möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər
tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi
gözləyir...



Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.



Bir
insan başqasına bir damcı istilikdən başqa nə verə bilər? Və bundan
daha böyük nə ola bilər? Sən sadəcə heç kimi çox yaxına buraxma.
Buraxsan həmişə yanında saxlamaq istəyəcəksən. Heç nəyi saxlamaqsa
olmaz...



Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.



Xoşbəxtlik
haqda 5 dəqiqədən artıq danışmaq olmur. Çünki xoşbəxt olduğunu deməkdən
başqa bir söz tapmırsan. Bədbəxtlikdənsə bütün gecəni danışmaq olar.



İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır.



Bir
insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən
maraqlanmağa başlayırsan. Bu da sevginin paradokslarından biridir.



Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir.



Təslim olmayana qədər insan taleyindən güclü olur.



Primitiv insan özü haqda daha yüksək fikirlərə düşür.



Sevgi izahatlara dözümsüzdür. Ona hərəkət lazımdır.



Kiminsə öz ağlını nümayiş etdirməyini seyr etmək çox yorucudur. Xüsusən də o ağıl yoxdursa.



Hamının eyni cür hissetmə qabiliyyətinin olmağını düşünmək yanlışdır.



İnsan
əslində vaxta nə qədər az diqqət yetirirsə və qorxu onu nə qədər az
izləyirsə, bir o qədər xoşbəxtdir. Lap qorxu səni qarabaqara izləyir,
yenə də gülmək olar. Əlimizdən başqa nə gəlir ki?



Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.



Mən
onun yanında dayanıb ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki,
qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.



Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!