Maraqlı bir hekayə

Maraqlı bir hekayə
Sevgi Dünyası
10.09.2017 23
Vyetnamda bir kəndin alınmasından ötrü Amerikan generalı kəndi bombalatdırmaq əmrini verir.
İnanılmaz bir bombardman başlayır. Göbələk kimi yüksələn alov topları, maşınların sinir pozucu səsi və arxasından qorxunc bir ölüm səssizliyi...
Xüsusi seçilmiş əsgərlər hər bir deşiyi axtarırlar və töküntülərin arasından vyetnamlı bir uşaq tapırlar. Uşağı düz generalın önünə gətirirlər.
General uşağı görüncə çox təsirlənir. Generalın sağ gözü taxma idi, üstəlik də xeyli diqqət cəlb edən bir protez.
General uşağa dönüb deyir:
- Bax sənə bir şans verəcəyəm. Hansı gözümün gerçək olduğunu bilsən, səni ölümdən qurtaracağam.
Uşaq bir anlıq generalın üzünə baxdıqdan sonra cavab verir:
- Sağ gözün gerçək!
General çaşır:
- Sağ gözüm taxmadır, niyə belə dedin?
Uşaq:
- O daha insanca baxırdı.....- deyə cavab verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!