Sən o sən deyilsən...

Sən o sən deyilsən...
Sevgi Dünyası
10.09.2017 21
 [/b]
Sevərdim çiçəklər baharı sevən kimi,
 
 
   Sevərdim qocalar yaşamağı sevən kimi,
 
 
 
   Sevərdim ölülər savabı sevən kimi, 


 
 
   Sevərdim dirilər gönahları sevən kimi, 


 
 
   Sevərdim qələm kağızı sevən kimi, 


 
 
   Sevərdim zaman unutdurmağı sevən kimi, 


 
 
   Sevərdim şerlər misraları sevən kimi, 


 
 
   Sevərdim fırtınalar dənizi sevən kimi, 


 
 
   Sevərdim buludlar ağlamağı sevən kimi, 


 
 
   Sevərdim dəli külək saçlarınla oynamağı sevən kimi, 


 
 
   Sevərdim yağış göz yaşların sevən kimi, 


 
 
   Sevərdim əvvəlki səni sevən kimi... 


 
  Sən məni aldadan dəcəl uşaqsan,
Mən isə uşağa inanan dəli...
Artıq əvvəlki uşaqlıq da deyil.
Amma mən hələ də gizlənib içində həminki uşaq.
Demirəm eləmə uşaqlıq elə...
Uşaqlıq yaxşıdı ayrılıq olmur...
Böyüdük artıq.
İllər sonra vaxtı çatıbdır ayrılığın.
 
Vaxtı çatıb toy nişan haqqda fikirləşməyin. 


 
 
    Get özgə ellərə yoldaş olarsan. 


 
 
       Get başqa gözlərə sirdaş olarsan. 


 
       Get özgə dərdlərə dərman olarsan.
 
 
 
     Get özgə səslərə səbəb olarsan. 


 
    Bəyazlar içində başqa olarsan.
Nə bilim,bəlkə də peşman olarsan.
Unutma məni...
Unutma bu dünyada səni ən çox sevən insanı.
Unutma ki,sənə layiq olan o evlənəcəyin yox,elə mən idim...
Səni bir sevən var idi.
Sənə layiq olan bir insan var idi.
Amma mən əvvəlki səni sevərdim.
Başqa gözlərə baxmayan,özgə əlləri isitməyən səni.
Bir zaman sevdiyim o sən deyilsən.
Uğruna öldüyüm o sən deyilsən.
Şerlər yazdığım o sən deyilsən.
Yuxusuz qaldığım o sən deyilsən.
Səbəbsiz sevdiyim o sən deyilsən.
Gözümdən axan o sən deyilsən.
Nəfəsim dediyim o sən deyilsən.
Sən o sən deyilsən.
Sən o sən deyilsən.
Yox, sən o sən deyilsən...
  [/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!