Bu O`dur?!

Bu O`dur?!
Sevgi Dünyası
10.09.2017 21
Mən hamı kimi Onu ilk gördüyüm anda sevmədim , amma zamanla sevgisi qanıma, canıma elə hopdu ki , Mən o zaman anladım ki, Bu Odur..



Mənimlə hamı kimi rəftar etmədi heç zaman, Məni hamıdan seçdi, fərqləndirdi, əzizlədi və Mən o zaman anladım ki, Bu Odur..



Mənim nağıllara inanmağıma icazə vermədi heç vaxt, realda mənə nağıldakı xoşbəxtliyi yaşadacağına söz verdi və Mən o zaman anladım ki, Bu Odur..



Yeri gələndə sərt oldu, səhv etməyimə icazə vermədi, amma bu sərtlik mənə kobudluq kimi deyil, diqqət , qayğı kimi göründü və Mən o zaman anladım ki, Bu Odur..



İndiki dövrdə bəziləri sevgisini bir birinə öpüşlə, qucaqlaşıb gəzməklə sübüt etdiyi zaman, Onun mənim bir saç telimə toxunmağa belə qıymadığını görəndə ,
Mən o zaman anladım ki, Bu Odur..


Bunlar uydurma deyil, Sizi əmin edirəm ki, həyatda belə oğlanlar da var. Qarşısındakının dəyərini lazımınca bilən, sevməyi ürəkdən bacaran, 2 günlük keyf üçün deyil Adam kimi sevən oğlanlar da var ..! 
Əziz qızlar, sevgi adı altında keçici hisslərlə ağılsızlıqlar etməyə tələsməyin!
Onu gözləyin.
Qarşısına üzü ağ çıxa bilmək üçün, tələsməyin..
Allah hamınızın qarşısına doğru insanları çıxarsın.


Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!