Çarli Çaplin-in “sürprizi”

Çarli Çaplin-in “sürprizi”
Sevgi Dünyası
10.09.2017 32
“Bir dəfə New-York metrosunda gedirdim. Evə gəldikdə cibimdən qızıl saat tapdım. Bu saatların cibimə necə düşdüyünə dair heç bir fikrim yox idi və onları mümkün olan ən tez zamanda polisə aparmağa qərar verdim.

Növbəti gün mənə bir məktub gətirdilər: “Əziz cənab Çaplin! Sizə yazan professional cibgirdir. Dünən axşam metroda varlı bir şəxsdən qızıl saat oğurladım. Lakin sizi gördükdə sizə hədiyyə etmək qərarına gəldim və saatı sizin cibinizə qoydum”.

Bir il keçdi. Polis nə oğrunu, nə də saatın sahibini tapmadı və buna görə də saatı mənə geri göndərdir. Qəzetlər bu haqda yazmağa başladı və bir müddət keçdikdən sonra ikinci bir məktub aldım:

“Hörmətli cənab Çaplin! Bir il bundan əvvəl metroda gedirdim və bu zaman mənim saatımı oğurlamışdılar. Qəzetdə hər hansı bir cibgirin onu sizə hədiyyə etdiyini oxudum. Qoy mənim saatım sizdə qalsın cənab Çaplin. Sizin cibgir pərəstişkarınızdan heç nə ilə geri qalmadığım üçün saata əlavə olaraq qızıl zəncir də göndərirəm”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!