Bəylərin xəyanət səbəbi

Bəylərin xəyanət səbəbi
Sevgi Dünyası
10.09.2017 13
Kişilər macəra axtarırlar
Evlilik hələ kişini tam ələ keçirmək deyil. Əgər bunu istəyirsinizsə, münasibətinizin hər zaman əvvəlki kimi maraqlı olması üçün çalışın. Daim yenilik axtarışında olun. Çünki kişilər standart, şablon həyat tərzindən və insanlardan tez sıxılırlar.

Xarici görünüşünüzə diqqət edin
Çox qadınlar bunun fərqində olmasalar da, əksər hallarda xəyanətin səbəbi onların evləndikdən sonra özlərinə kifayət qədər diqqət etməmələridir. Həyat yoldaşınızın sizinlə əvvəlki kimi maraqlanmağını istəyirsinizsə, hər gün o işdən qayıdan vaxt sanki bu ilk görüşünüzmüş kimi hazırlaşın.

Evdəki söz-söhbət
Kişilər çox vaxt xəyanətin əsas səbəblərindən biri kimi ailədəki söz-söhbəti göstərirlər. Qadının hər xırda məsələni böyütməsi, mübahisə yaratması kişini evdə tapmadığı rahatlığı başqa ünvanlarda axtarmağa vadar edir. Aranızda, ailənizdə hər nə qədər böyük anlaşılmazlıqlar olsa da, hər zaman qarşınızdakına anlayış göstərməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!