Kiçik intiharlar idi , ağlamamaq üçün udqunmaq ...

Kiçik intiharlar idi , ağlamamaq üçün udqunmaq ...
Sevgi Dünyası
10.09.2017 11
- Ovuclarında baharı qoxladığım qadın . Hekayən uzundur dilimdə . Sağalmalı yaralarımız . Sənə məftun şeirlərdə görüşməliyik ...

-Heç kim məni doğru bilmir . Heç kim , neçə dəfə oturduğumu və ağladığımı bilmir , neçə dəfə ümidimi itirdiyimi . Heç kim neçə dəfə gözyaşlarımı geridə tutduğumu bilmir , ağlımı itirməyə az qalmışkən başqalarının yaxşılığı üçün itirmədiyimi . Heç kim mən kədərli ikən ağlımdan keçən düşüncələrin nələr olduğunu bilmir və onların nə qədər qorxunc olduğunu ...

- İçimdə böyütdüyüm ağrı tamamlandı . Hazıram . Köhnə bir evdə , ağlını itirən qadın olmağa ...

-Bildiyim ən gözəl şeir sənsən . Şeirin sadəcə kəlimələrdən ibarət olmadığının ən böyük əsərisən sən ...

- Buraxdım bədənimi yoxluğunla baş başa , mən sərxoşam sənin baxışlarına ...

-Son bir xahişim var səndən adam , səni sevdiyim küçələrdə sevmə bir başqasını ...

-Bir kitabda itirmək isdərdim səni , bir şeirdə unutmaq . Amma sən nə kitab qəhrəmanı idin , nə də bir şeir`də unudulacaq qadın ...

-Kiçik intiharlar idi , ağlamamaq üçün udqunmaq ...

- Özünə yaxşı bax dedi və getdi . Amma bilmirdi hər dəfə güzgüyə baxdıqda , yanımda əksikliyini hiss etdiyimi ...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!