Qəribə xəyanət hekayəsi

Qəribə xəyanət hekayəsi
Sevgi Dünyası
10.09.2017 18
Həqiqətən çox maraqlı, digərlərinə çox bənzəməyən bir xəyanət əhvalatını paylaşırıq bu gün...
Bu əhvalatda ən çox diqqətimi çəkən, "xəyanətə məruz qalan hər qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə məruz qalır" sözü oldu. Həm kişilərin, həm də qadınların dərs alacağını düşünürəm.

Xəyanətin dözülməz yüngüllüyü
Bir gün sizə, iki ilə kimi uzun nəfəsli bir xəyanətə məruz qalan biri olaraq yazacağımı heç düşünməmişdim.
Xəyanət görən qadınlar karvanının bir yolçusu olaraq, mənim vəziyyətimdəki insanlara, xəyanət edən bəylərə və qadınlara səslənməyə qərar verdim...
Yoldaşımla bizim hekayəmiz, çox bilinən bir hekayə deyil. ikimizin də ikinci evliliyi. Ən böyük qazanclarımız, ilk evliliklərimizdəki səhv seçimlərimizin bizə bir övlad vermiş olması.
Ailəmizin nə cür əhəmiyyətli olduğunu söyləyər, qurduğumuz yuvanın çox xoşbəxt olduğunu israrla təkrarlayardım.
Yoldaşımla bir çox çətinliyə sinə gərərək evlənmək fərqliliyimiz idi.
Aramızdakı böyük eşq və bağlılıq heç bitməyəcək düşünürdüm. Biz ruh əkizi kimiydik. Amma 12 illik evlilik ən böyük yarasını aldı.
Bu yaranın üzərindən keçən zaman, suların az da olsa dayanılmasını təmin etdi amma içimdəki fırtınalar dayanmaq bilmir.

Özümü günahlandırmıram. Bilirəm ki, bu yaşanan iyrənc hadisənin tək günahsız tərəfi mənim. Artıq daha sakit düşünə bilirəm. Çünki yoldaşımın əslində iyrənc bir dəzgahın parçası olduğunu anlamanın verdiyi rahatlıq içindəyəm.
Pis, hiyləgər və dahası əri tərəfindən satışa çıxarılan bir qadın, yoldaşımı özünə müxtəlif oyunlarla, seksual olaraq istifadə edərək bağlamış.
Qadının yoldaşı da ən az onun qədər utancverici biriymiş...
Yoldaşım indi çox peşman. Özünü günahlandırıb davamlı utancını təkrarlayaraq, içinə salındığı vəziyyət qarşısında reaksiyasını göstərməyə çalışır. Özünü ağıllı zənn edən bir adamın, əslində nə cür aciz olduğunu anlamasından qaynaqlanır bu peşmanlıq.
Əslində yoldaşımı bu halda görmək mənim üçün böyük bir əzabdır. Mən onun ağlını, ürəyini sevmişdim. Bu cür saf ola biləcəyini görməyi heç istəməzdim.
Məni ən çox, anlıq zövqlər uğruna nələr itirdiyini anladığı ankı utancı üzdü. Ərim belə bir adam olmamalı idi...
Xəyanət görən hər qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə məruz qalar.
"Hər kişi təbiəti gərəyi bir başqa qadınla yatmaqdan həyəcan hiss edər" deyərlər. Çox təəssüf ki, doğruluğunu yaşadığım xəyanətlə anladım.
Anlamadığım isə, bir kişinin arvadını həm çox sevib həm də yalnız və yalnız bədənsəl arzularını təmin etmək üçün bir başqa qadına getməsi...
"Boşanaq, get iki ildir yaşadığın o qadınla ol" dediyimdə, belə bir şeyin əsla olmayacağını söyləməsi maraqlı idi.

Cəmiyyət içində qoluna taxıb gəzməyə gedəcəyi pul ödəyib bədənini aldığı bir qadın üçün bu qədər kədəri, utancı yaşamağa dəyərdimi?
"Kaş ki heç yaşanmamış olsaydı" deməsini eşitmək, içimdəki ağrını yüngülləşdirmir çox təəssüf ki. Ağrıdan qovruluram. Nəfəs ala bilmirəm.
Onu tərk etməyimə yalnız kiçik bir addım qalmışdı. Bu addımı atmadan əvvəl, puzzlenin həll edə bilmədiyim bir parçası olan qadının ərinə telefon açdım. Adamın söylədikləri ağılımı başıma gətirdi.
"Arvadın səni aldadır, üstəlik yalnız mənim yoldaşımla deyil, bir çox əlaqəsi var" dediyimdə, adam "Mənə yazmaz, mənə pul lazım" deyə cavab verdi! Bu sözlər beynimdə şimşəklər çaxdırdı.
Adama "Mənim sizin kimi əxlaqsız insanlara buraxacaq ərim yox" deyərkən o anda yoldaşıma bir şans daha tanımağa qərar verdim.
Ailə olmaq üçün verdiyim mübarizəyə inancımı itirmişkən, bu şans mənə və yoldaşıma nələr gətirəcək indidən bilmirəm.
Eynilə iki ildir yaşadığım xəyanəti bilmədiyim kimi. Ama bu dəfə hər cür nəticəyə hazıram. Mübarizəyə davam...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!