Gəl... Hər şey hər kəsə danışılmır

Gəl... Hər şey hər kəsə danışılmır
Sevgi Dünyası
10.09.2017 12
- Bu qədər gözəl olmaya bilərdin. Bəlkə o zaman mən də səni sevməzdim. Məni günahlandırmağa ara verdiyin gün, əsl səbəbkarın özün olduğunu görəcəksən. Bir o zil qarası gözlərinə, bir də o bal axan dodaqlarına sözünü keçirtsən deyirəm.
Hə, sənə deyirəm, sənə. Səni sevməmək əldə deyil. Tanrım səni sevdi gözəl yaratdı. Mən Tanrının yolundan gedirəm.

- Mən necə adamam?..
Özündən tez çıxıb ağıza alınmayacaq sözləri dedikdən sonra özünə qayıdanda dediklərinə görə peşman olan adamam.
Mən çayı qurtuldaraq içən adamları vurmamaq üçün özünü güclə tutan adamam.
Mən dəyərsizə dəyər verən adamam.
Mən unutmağı bacarmayan adamam.
Mən yuxusuz adamam.
Mən hər dəfə aldadıldıqdan sonra "bir də inanmayacağam" deyən adamam.
Mən çox eşşək adamam.
Mən yaşamağı sevdiyinin gözlərində görən adamam.
Mən yaşamayan adamam.
Mən hər insanın təkrarsız olduğuna inanan adamam.
Mən çox qorxaq adamam.
Mən ziyanın yarısından dönə bilməyən adamam.
Mən böyüklə böyük, kiçiklə kiçik kimi danışıb, özüylə danışmağın yollarını illərdir tapa bilməyən adamam.
Edilən ən balaca yaxşılığı unutmayan adamam.
Günahın qarşı tərəfdə olduğunu bilə-bilə səhvi özündə axtaran adamam.

- İki adamın eyni anda bir-birini sevməsi milyonda bir rast gəlinən möhtəşəm bir təsadüfdür. Biri sevir, digəri bir neçə ay sonra sevirsə, bu ilk sevən adama kiçik bir haqsızlıqdır. Biri sevir, digəri heç vaxt sevmirsə, bu hər gün rastlanan sıradan bir hadisədir.

- "Dünən gecə birdən telefonuma zəng gəldi. Dəstəyi götürdüm. Uzaqlardan gələn səs, necə darıxdığını, yeni bir şansa ehtiyacı olduğunu və məni xoşbəxt etmək üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu deyirdi. Bir dəfə də belə demişdi..."

- "Mən həmişə fikirlərə hörmət etmişəm. Amma məni bu sevməməyin dünyanın gəlmiş keçmiş ən pis fikri idi."

-"Səni çox istəyirəm" deyərik birinə əlbət. Amma bu "səni sevirəm" silindi lüğətimizdən.

Azad Novruzovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!