Əlvida...

Əlvida...
Sevgi Dünyası
10.09.2017 26
- dolmuş gözlərini gözlərimə dikmişdi . Sərt baxışların arasında yalnızlıq , qorxu olduğunu gizlədə bilmirdi ancaq . Masanın üstündəki winstonu əlinə aldı . Başını yelləyib gülümsəyə-gülümsəyə qutudan çıxartdığı siqareti yandırdı . O an özümü xərçəng xəstəliyinin ən yüksək mərhələsində olan insana ' ümidinizi itirməyin ' deyən axmaq həkim kimi hiss edirdim . Ortada isə nə ümid , nə də lənətə gəlmiş zərrə qədər sevgi qalmışdı . Gözlərimə elə baxırdı ki , baxışlarında əzildiyimi hiss edirdim . Divarlar kiçilib ortalıqda əyləşən məni , əzəcək kimi . Ağrıyırdım .. və bu ağrını sümüklərimdəki iliylərimə qədər hiss edirdim . Ancaq bu ağrı belə onun hiss etdiklərinin yanında heçnə idi , bilirdim . Bədənim gərginləşmişdi . O dərəcədəki , pəncərədən otağa daxil olan həzin külək içimi üşüdürdü . Əlləri titrəyirdi . Ancaq soyuqdan titrədiyinə əmin deyildim . Qəhvəyi gözlərə baxmağa həm utanır , həm də qorxurdum . ' getmə ' deməyini istəyirdim . Heç bir halda qalmayacağımı bilə - bilə . Getməliydim .. çünki , qalmağım zərərdən başqa heçnə vermirdi . Ayağa qalxıb pəncərənin kənarındaki çantamı əlimə aldım . Üşüməsin deyə pəncərəni örtməy istəyəndə mızıltı eşitdim :
+ örtmə
- soyuqdu sənə .
+ sənə nə ?
- belə demə ..
Siqaretin kötüyünü qutusunun üzərində söndürüb ayağa qalxdı . Otağımıza keçib qapını örtdü . Onu çox sevirəm . İndi getmək əvəzinə başımı dizlərinə qoyub , barmaqlarını barmaqlarıma keçirə bilərdim . Keçirmədim , gecələmədim . Mən o an getməyi asant yol kimi gördüm . O ciyərlərini siqaret tüstüsü ilə doldurarkən , mən asant yol seçdim . Mən çantamı əlimə aldım və onu tərk etdim . Qapıdan çıxanda ondan eşitdiyim son söz ' bir daha heç bir zaman bir kişinin ağlayaraq siqaret çəkməsinə səbəb olma ' .. Əlvidaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!