Aşiq olduğunuzu göstərən vəziyyətlər

Aşiq olduğunuzu göstərən vəziyyətlər
Sevgi Dünyası
10.09.2017 14
 

Əgər qarşınızdakı insana olan duyğularınızdan əmin deyilsinizsə, aşiq olduğunuzda hiss etdiklərinizi sizin üçün topladıq.

1.Hər söhbətdə mütləq onun da adı keçir. Hətta mövzu ilə əlaqəsi olmasa da mütləq mövzunu ona bağlamağa çalışarsınız.

2.Özündən ya da bir başqasından bürcünü öyrənib xüsusiyyətlərini, sizin bürünüzlə uyğun olub-olmadığını araşdırarsınız.

3.Hər cür bəhanələr yaradıb, onunla qarşılaşma və söhbət etmə imkanı yaradarsınız. Onun da içində olduğu yoldaş qrupunuzla bir araya gəlmək üçün can atdığınızda, hər kəsi çaşdıracaq qədər girişkən bir təşkilatçıya çevrilərsiniz.

4.Onun hər hansı bir qadınla danışdığını görəndə, o qadını qısqanarsınız. Hətta onu başqa bir qadınla yan-yana ya da söhbət halında gördüyünüzdə aralarında bir şeylər olduğundan şübhələnərək işin əslini araşdırmaya çalışarsınız.

5.Anlaşılmaz bir şəkildə Brad Pitt, Corc Clooney, Justin Timberlake və ya Johnny Deep kimi məhşurlara olan heyranlığınız sona çatar.

6.Onu görüncə içinizdə fərqli bir şeyin başlandığınını hiss edərsiniz. Ya da yanında olarkən gələn ətir qoxusu içinizdə həyəcan yaradar.

7.Onu görüncə uşaq kimi sevinib dərhal yanına getmək istəyərsiniz. İçinizdən gözlərini əllərinizlə bağlamaq və zəhlətökən bir səslə "Tap görüm mən kiməm?" deyə soruşmaq gəlir.

8.Yatağa girdiyinizdə onun yatıb-yatmadığnı və o anda tək olub-olmadığını düşünərsiniz. Yanınızda yatdığını və sizə sarıldığını xəyal edərkən, ürəyinizdə yandırıcı bir istilik meydana gəldiyini hiss edərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!