Sevgilinlə yaxınlaşmağın asan və tez üsulları

Sevgilinlə yaxınlaşmağın asan və tez üsulları
Sevgi Dünyası
10.09.2017 27
Alimlər kişi və qadın münasibətlərinə dair tonlarla tədqiqat aparır və inanılmaz nəticələr əldə edirlər. Ən son məlumatlardan xəbərdar ol ki, münasibətlərini canlandıra biləsən.
Bethany Heitman
Bədənin beynindən daha tez eşqə düşür
Çoxları elə bilir ki, kiməsə vurulmaq uzun prosesdir. Lakin sənin bədənin bu məsələnin öhdəsindən inanılmaz dərəcədə tez gəlir. Həkimlər deyir ki, eşqə düşəndə beynin ağlını başından çıxaran kimyəvi maddələri saniyənin beşdəbir hissəsi ərzində ifraz edilir. Eynilə…
* Şampan şüşəsi qapağının açılması
* Şimşək çaxması
* Göz qırpımı Kimi
Bu hərəkətlər sizi bir-birinizə daha da yaxınlaşdıracaq

Yeni araşdırmaya əsasən, sevgilinlə yaxınlaşmağın həddindən artıq asan və tez üsulları var. Əsas məsələ – bədənini məhəbbət hormonu olan oksitosinin ifrazına vadar etməkdən ibarətdir.
Televizora baxarkən barmaqlarınla onun qolunu sığalla. Tədqiqatlar göstərir ki, yüngül toxunmalar və incə oxşamalar oksitosinin qana daxil olmasına səbəb olur.
Dadlı şam yeməyi yemək üçün gəzintiyə çıxın. Sübut olunub ki, ətirli təamlarla zəngin şam yeməyi də bu kimyəvi maddələri aktivləşdirir.
Yumşaq adyalın altında qucaqlaşın. Bir sıra alimlər hesab edirlər ki, isti və yumşaq yerdə uzananda qanda yaxşı əhval-ruhiyyə oyadan hormonlar yaranır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!