Sənnən qalan acılar....

Sənnən qalan acılar....
Sevgi Dünyası
10.09.2017 18
Qadınlığımın əzab dolu günlərindən qalma bir sevdasan ağılımda. Sənə təqdim edilmiş bir möcüzənin yalnız vasitəsisiyəm bu həyatda.
Kim bilər nə yaxşılıq etmisən ki keçmiş həyatında, mənim sevgimlə mükafatlandırdı Tanrı səni… Yoxsa belə bir eşqə çarpmaq mümkünmü ? Səni sevərkən özümü böyük bir okean kimi hiss etdim həmişə, heç bitməyəcək qədər dərin və zəngin idi sularım. İçimdə üzərdi min bir növüylə balıqlarım, bitkilərim, yosunlarım. Böyük bir dənizi belə çirklədə bildin ya, nə deyim ancaq təbriklərimi təqdim edərəm.
Sənnən qalan acılar....
Heç biri giley deyil sözlərimin. Eşqimi qanımla yazmışdım, sözləri də sevdamla silərəm mən. Hər ata igidin xərci deyil, bu qədər sevən ürəyi belə öldürə biləcək qüsur bir cinayət. Sənin tərəfdən  öyünməyə bu da dəyərdir əlbət!
 Səndən qalan ağrıları bir sandığa qoydum saxlayıram. Ağılıma gəlir; erkən saatda açan gülün üstündəki şeh ilə hər gecə bitimində ağlarkən imdadıma yetişən o azan səsi. İndi hansı səhərə qarşı azan səsi eşitsəm, Allaha səni içimdən götürsün deyə dua edirəm. 
Piramidaların sirri kimi, səni niyə sevdiyim də keçmişdən qalmış bir sirr. Nə mən həll edə bildim bunu, nə də var bir bilən…. 
Ürəyim elə yorğun və təcrübəli ki; çıxardı nə varsa bildiyi üstündən. Həyatla lağ edər kimi, lüm-lüt gedir başıboş küçələrdə. Və nə vaxt bir xəyanət səsi eşitsə, aldanır heç bağlanmayan yarası dərindən….скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!