30 İyun — Sevənlərin özəl günü

30 İyun — Sevənlərin özəl günü
Sevgi Dünyası
10.09.2017 32
30 İyun — Sevənlərin özəl günü
 

 
30 İyun Milli Sevgililər Gününə aid bu xəbərdə sevginin tərifini icad etmək fikrində deyiləm...çünki nə qədər sevgidən yazsaq da, sevginin izahını verməyə çalışsaq da əslində sevməyən insan heç zaman bunu dərk etməz...sevgini anlamaq üçün yalnızca yaşamaq lazımdı...başqa heç nə...minlərcə roman oxuyub, minlərcə sevgi şeiri əzbər bilə bilərsən, gündə face profilində sevgiyə aid statuslar paylaşa bilərsən...amma əgər ürəyin yanacaq qədər, onu hər görəndə sevinc-həyəcanın bir-birinə qarışdığı izah edilməz bir hissin səni səndən ala biləcəyi qədər aşiq olmamısansa birinə boşdur hər şey əslində...mənasızdır o oxuduğun romanlar da, yazdığın statuslar da... Bu günümüzün səbəbkarları İlham və Fərizə bəlkə də heç vaxt sevgi axtarışına çıxmamışdılar...sadəcə ürəklərində sevgi məşəli elə yandı ki, onu söndürməyə ölümün belə gücü yetmədi...30 İyun tarixində vağzalı sədaları altında ata evindən çıxan Fərizə bəlkə də heç xəyalına gətirməzdi ki, sevgilərinin bu özəl günü gün gələcək bütün Azərbaycan gənclərinin qeyd etdiyi bir tarixə çevriləcək...gün gələcək yarı ilə yanaşı yatdığı bir cüt məzar sevgililərin and yerinə çevriləcək...nə deyə bilərəm bundan artıq...=(( istərdim ki, bu özəl günlərini onlar özləri uşaqları, ailələri ilə birlikdə qeyd etsinlər...amma həyatdı da...kimin sonunun necə olacağını ALLAHdan başqa kim bilə bilər ki...ona görə də sevgimizi elə yaşayaq ki, gələcəkdə nəinki Azərbaycanın, bütün dünyanın İlham və Fərizələri artsın... Sevənlər, Sevilənlər, Sevgidən əziyyət çəkənlər...Sevgililər gününüz mübarək...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!