Sənin ucun hər gün darixiram ay ANA....

Sənin ucun hər gün darixiram ay ANA....
Sevgi Dünyası
10.09.2017 260
Gözümün önündə sən, nə yaman qocalırsan ?                  Deyəndə ağrıyıram, gizlicə ağlayırsan.                             Ağlayanda ay ana, qəlbimi dağlayırsan.                            Tanrıdan diləyimdir sənsiz olmasın günüm,                     Sənin qoynunda keçsin, hər saatım, hər ilim.                    
 
Ana səndən ayrılanda, itirirəm özümü.                         İstəmirəm bircə an sən, məndən küs, ya inci,              Heç bir övlad çəkməsin, gizli ana həsrəti.                      Tanrıdan diləyimdir, sənsiz olmasın günüm.            Sənin qoynunda keçsin, hər saatım hər ilim.           
 
Dünyada nəğmə çoxdur, laylan kimisi yoxdur         . Sənin ağrılı canin, qəlbimə yanar oddur.                    Deyirlər övlad şirin, ana tək şirin yoxdur,                  Tanrıdan diləyimdir, sənsiz olmasın günüm,           Sənin qoynunda keçsin, hər saatım hər ilim.            “Qizin Nərmin”in ay ana, bilsən nədir arzusu?         Ana alqışındandır, gəlir onun ruzusu.                     İstər dünyada olsun 5 oğulu, 5 qızı.                           Yenə anasız olmasın bir dəqiqə, bir günü.                  Ana qoynunda keçsin, hər saatı hər ili.                       скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!