YASA GORUM!

YASA GORUM!
Sevgi Dünyası
10.09.2017 20
 
 
Indidən belə getirmərəm adınıda dilimə mən,Səni deyib çətin daha qələm alam əlimə mən,Bax, beləcə yol gedirəm bilə-bilə ölümə mən,Necə sevdim, Tanri bilir, alnım açıq, üzüm ağYaşa görüm, mənsiz necə sənə xoşdur yasamaq?!
 

 
Səhər-səhər yollarina çiçək səpən olmayacaq,O mürgülü gozlerindən gizlin öpən olmayacaq,Bir sözündən dünya boyda məna tapan olmayacaq,Kimi həmdəm biləcəksən, açacaqsan kimə qucaq?Yaşa görüm, mənsiz necə sənə xoşdur yasamaq?!

Nəfəsimə həsrət qalib kirpiklərin buzlayanda,Taleyinə boyun əyib için-için sizlayanda,Nə əl çatir, nə ün yetir, sən o yanda, mən buyanda,Görəcəksən indidən bele yuxularda məni ancaq,Yaşa görüm, mənsiz necə sənə xoşdur yaşamaq?!


Viran etdin məni, zalım, illər boyu susa-susa,Daş bağladın urəyinə, dilin-ağzın döndü buza,Gözüm yalniz səni gəzdi, gizli-gizli, pusa-pusa,Keçənləri xatirla bir- bir boylanıb geriyə bax,Yaşa görüm, mənsiz necə sənə xoşdur yasamaq?!
 
 
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!