Bir Nağıldır Ömür...

Bir Nağıldır Ömür...
Sevgi Dünyası
10.09.2017 42
Sevdiyinin dodağından töküləcək o iki sözlük nağıldır bir ömür…O iki sözdür həyatın ən gerçək nağılı…O iki sözlə reallaşar istənməyən bütün gerçəklər…Bütün qapıları açan bir sehr kimidir…Bütün pislikləri pərdələyən bir örtü kimi…Dünyanı başımızda çevirən naməlum, ucsuz-bucaqsız bir səmadır…

Ürəyimizin melodiyası vardır yalnız, o iki sözlük nağılda…Ən çox o melodiyanı eşitmək istəyərik…Ən çox o nağılın qəhrəmanı olmaq…Həyatın ən gerçək yalanında dolanmaq istər könülümüz…Ömürümüzün ən gözəl rənglərində boğulmaq istər yalnız…Həyatın həmişə bu tonunu tutmaq və həmişə bu tonla yaşamaq…

O zaman uçar duyğularımız o diyardan bu diyara…O zaman istəyərik illərcə gözlərimizi tikib suya bənzətdiyimiz dəqiqələri, əqrəbii dayandırmağı…O zaman salmaq istəyərik həyatın dözülməz yığınlarını…Yalnız o zaman istəyərik "bir varmış, bir yoxmuş" deyə başladığımız sonsuz nağılımızı…O səbəbdəndir ki;BİR NAĞILDIR ÖMÜR…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!