Həyat şam kimidir, əridilcə əriyir...

Həyat şam kimidir, əridilcə əriyir...
Sevgi Dünyası
10.09.2017 75
Səni düşünürəm səssiz bir küncdəDuyğularım gəlib gedir keçmişlə bu günəBilmirəm minlərlə parça görünür gözüməHansı zamanın xatirələri, nəyin parçaları bilmədənYalnız səni görürəm qaranlıq bir otağının küncündəHəyat şam kimidirBir lampanın işıqlığında baxırsan ətrafınaGözlərin, üzün ağılıma gəlirHeç bir əskik olmadan yuxularımdaSəni tanımaq üçün sözlərə ehtiyac yoxdurYalnız üzünə baxmaq da bəs edir mənə
Bir şam yandırdım masamın üzərindəƏriyir zaman keçdikcə yavaş yavaşHəyat da belə deyilmi bizim üçün dəYavaş yavaş əriyir,Bir gün baxırıq altımızdakı qabHəyatımızın xatirələriylə dolmuş,Tökülmüş kənarlaraVə bir şam necə sönürsəBizlər də elə ölümü yaşayırıq son bir işıqla...Həyat şam kimidirSon anlarda həyatın zövqünə çatırƏtrafa sanki son dəfə qalmaq istər kimiİşıqlarımızı daha bir həvəslə yandırırıqTitrəyirik, darıxırıq və gözləyirik...

Son dəmimdə səni düşünürəm dayanmadanGözlərinin hər işıltısı ürəyimi xoşbəxt edirSəninlə keçirdiyim hər günün xatirəsiMənə sanki cənnəti müjdələyirHəyat şam kimidirHeç peşmanlığım yox imiş baxdığımda geriyəBir səni son bir dəfəlik görə bilməmək qalıbBağlanmaq üzrə olan gözlərimdəNəysə,Bitir, sönür işıqlarım yavaş yavaşQabın içini mumla doldurmuşumHəyat hekayəmi izah edəcək xeyli çox dost tapmışamSəninlə olan eşqimi paylaşacaq bir də ailə qurmuşamİçimdən son nəfəs də gedərkən hələ mənimləsən...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!