Ayrılıq

Ayrılıq
Sevgi Dünyası
10.09.2017 17
Ayrılıq...
Cəmi 7 hərifdən ibarət bir söz deyil bu. İçini yandırar alovlandırar qəlbinin dərinliklərini...

Ayrılıq...
Elə bir hissdirki bu ömür boyu silinməz insanın həyatından və qanayar hər xatırladığında...

Ayrılıq...
Bütün gün qarışsa da başın hadisələrə, vaxt gəlib vədə yatağına uzandığın ana çatanda xatırlayırsan yenə onu...

Ayrılıq...
Ayrıldığın insan kim olursa olsun incidər onun yoxluğu səni. Onu bir daha görməyəcəyin səsini eşitməyəcəyin hissi qovurur içini...

Getdin...
Ürəyimdəki qum saatını, o göz açıb bağlayana qədər keçən "sən"dən, sanki əsrlərcə tükənmək bilməyən "sənsizliyə" tərk edərək getdin.
Əvvəl gözlərim yetim qaldı yoxluğunda. Sonra, nəfəsinin o buğlu istiliyindən məhrum qalan evimin rütubət qoxulu divarları...


Ovuclara sığmayan, hər gün biraz daha qəlbini parça parça edən, səni suallara qərq edəndir ayrılıq...
Niyə niyə niyə axı niyəəəə??? Axı niyə ayrılıq?
Niyələri ilə insanı suallar dəryasında boğandır ayrılıq..
Niyə axı sənin başına gəldi bu? Niyə məhz sənin sevgin uğursuzluqla qəmli sonluqla bitməliydi ayrılıqla nəticələnməli idi?
Niyə? Boğur bu düşüncələr insanı bütün işlərindən ayırır bütün fikirlərini cəmləşdirir bu fikir üzərində...
Hələ bir də xoşbəxt günlərini xatırladıqca daha başqa olur keçirdiyin hisslər...
bir baxışını belə xatırladıqda yanır için... Yanır için için...

Ayrılıq...
Səbəbini anlaya bilmədiyin, düşündükcə əsəbləşdiyindir... İnana bilmirsən axı niyə niyə niyə bir də niyə??? Niyələr tıxanır boğazının son nöqtəsinə...
Nə bir çarə nə bir məlhəm tapırsan dərdinə. Zamanın əlac olmasını gözləyirsən çarəsizcə amma zaman da sanki qəsdinə durur keçmək bilmir...
Ağrıdır qəlbini ağladır hava qaralan kimi səni... Əl əxsus tək qaldığın zaman saatın saniyə əqrəbinin səsi qulağında tik tak edərkən beynində qarışıq duyğular fikirlər qəfəsdəki quş kimi çırpınar çıxmağa yer axtarırmış kimi...

Ayrılıq...
Nə zülüm bu hiss... Nə ölüm bu hiss... Nə dözüm bu hiss...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!