Yağışlarda boğulacaqsan

Yağışlarda boğulacaqsan
Sevgi Dünyası
10.09.2017 40
Yağışlarla oyanacaqsan bir günDamcı damcı ürəyinə axan Ürəyini yaxan yağışlar izah edəcək hər şeyi Xatirələr içini ağrıdacaq bəlkə Bəlkə də boğazına düyünləniləcək hıçqırıqlarAğlaya bilməyəcəksən! Günəşə küsüb hətta qaçacaqsan Anlayacaqsan itirdiklərini Hüzn örtəcək dörd yanını Titrəyəcəksən xatırladıqca yağışlarla addımlarını Peşmanlıqların ay işığıyla gün üzünə çıxacaq Anlayacaqsan itirdiklərini İçini qaraldan ay işığı yağışlarla izah edəcək hər şeyi Ümidsiz bir külək mahnını söyləyəcək Yağan yağış qulağına pıçıldayacaq səhvlərini Gecələrlə dost olmağa çalışacaqsan Mələklər üzünə vuracaq səhvlərini Gecələr ağrıyaraq nifrət edəcək səndən Yox olmağı istəyəcəksən... Ölümü düşünəcəksən bəlkə dəBoğazına ilişəcək hıçqırıqlar...Şimşəklər çaxacaq ağlaya bilməyəcəksənMahnılar söyləyəcəksən mənə inadXoşbəxtəm deyə qışqıracaqsan Halbuki bədbəxtlik aldığın hər nəfəsdə Hər gülüşdə olacaq Hüznlü bir yağışda Ağlayan baharda axtaracaqsan məni Axtaracaqsan məni bəlkə də Amma heç tapmamaq üzrə Kölgən belə qalmayacaq yanında Kölgələrin bitirəcək bəlkə də səni Ya da yalanların...Yalanlarınla yağışlarda boğulacaqsan...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!