Ağlamaq eşqə yaraşır

Ağlamaq eşqə yaraşır
Sevgi Dünyası
10.09.2017 50
Kimə baxsam bir az yalnız, bir az susqun…
Kimə baxsam daha çox yara və təklik…
Ağlamaq sevgiyə yaraşır dedim amma,qırıldı artıq ovucumda saxladığım kristal gözyaşı…
Çünki ağlamaq eşqə yaraşır...


Son damla ayrılığa batan bir bıçaq kimidir
Geri dönmə ehtimalını şah damarından kəsir..
İçimdə yoxsan sən,heç olmamış kimi
Bu şəhəri səninlə sevdim mən
Qatar relsləri və yalnızlıq
Və uzandıqca pas iy verən bir təklik
Dərhal hər şeyi qırmağa hazır peşmanlıq
Qırıldı artıq ovucumda saxladığım kristal gözyaşı…
Çünki ağlamaq eşqə yaraşır


Kimsəsiz və daha çox bizsiz öpüşdüyümüz yerlər
Bir-birimizə sarıldığımız yerlər də..
İki qaçaq uşaq surəti bir xəyal
Və barmaqların son dəfə barmaq uclarımdan itkin gedərkən
Dodaqlarımda qalan və dodaqlarımı qanadan
‘Getmə qal' dayanacağında artıq bir ölü varlığım..
Qırıldı artıq ovucumda saxladığım kristal gözyaşı…
Çünki ağlamaq eşqə yaraşır


Və indi bu şəhərdə
Adını xatırladığım hər yerdə susuram
Soyuq bir gözyaşı yanaqlarımı öpən
Və mən kimə baxsam, hara baxsam
Sənin üçün darıxıram
Çoooox darıxıram..
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!