Ne Bileydim Ki?

Ne Bileydim Ki?
Sevgi Dünyası
10.09.2017 28
Nə biləydim hər şeyin belə olacağını? Nə biləydim sənsiz təssəvür edə bilməyəcəyim həyata sonradan sensizliyi üçün Şükür edəcəm. Nə biləydim sevincimin arxasında kədər gizlənir,nə biləydim sevgimin arxasinda nifrət durur. Bir zaman sevincdən sənlə gülən göz yaşlarım sonra sənsizlikdən kədər ağlayacaq.
Nə biləydim...?

İndi bilirəm.Əvvəl bilmədiyim hər şeyi indi bilirəm. İndi dərk edirəm. Nə biləydim sevgimizə nəzər dəyəcək? Yoxsa sevgimiz nəzər dəyiləcək qədər gözəl deyildi?
Səni səhərlər sevirdim...

Bilməzdim ki gecələr nifrətlə səni xatırlayacam. Cənnəti yaşadıb, cəhənnəmi göstərdin mənə. Nə biləydim sənin mələk cismində şeytan oldugunu? Axı bunu mənə gələrkən demədin. Nə biləydim bunlar hamısı olacağını? Sevginin bir oyun olacağını. Nə biləydim hər sevginin sonunda bir ayriliq olur? Bilsəydim bunu heç bu oyuna başlamazdım. Başladım, oynadım və uduzdum.
Sən isə yenədə oyunlarına davam et...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!