Qadin ureyi

Qadin ureyi
Sevgi Dünyası
10.09.2017 19
 
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!Sən onu sındırsan, bil ki, a qansız,Ağlayan kamandır qadın ürəyi.
...Güldürsən, ömürlük səadətindir,Söndürsən, yanmağı bir də çətindir.O, əsl qayğının, məhəbbətindir,Sevgisiz zindandır qadın ürəyi.Daşı da əridər, daş da olar o,Əriyib gözlərdə yaş da olar o.Bahar da olar o, qış da olar o,Damladır, ümmandır qadın ürəyi.Onunla dünyadır sənə qəfəs də,Onsuz heç yaşama bu torpaq üstə.Sevən bir ürəyə axır nəfəsdəƏn gözəl dərmandır qadın ürəyi. Onu alçaldan da, ucaldan da biz,Dərd verib, vədəsiz qocaldan da biz.Qədrini biləndə bu cahanda biz,Həmişə cavandır qadın ürəyi.Bəzən gül tək solar acı bir sözdən,Ağlayar xəlvəti, gülsə də üzdənBəzən uşaq kimi bir ürəksizdənMəhəbbət umandır qadın ürəyi.Bir namərd əlindən zəhər içəndə,Keçirər ömrünü o, yas içində.Bəzən ən qiymətli libas içində,Nalədir, fəğandır qadın ürəyi.Sənsiz əl çəkərəm arzudan, kamdan,Nə çıxar sevgisiz-sənsiz ilhamdan?İncitsən, dözərəm, Tofiq Bayramdanİncimə, amandır, qadın ürəy
 
Tofiq Bayramdan...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!