Sən də məni sevirsən, mənim səni sevdiyim kimi...

Sən də məni sevirsən, mənim səni sevdiyim kimi...
Sevgi Dünyası
10.09.2017 28
Sən də məni sevirsən, mənim səni sevdiyim kimi



Saatlar gecəyarısını keçdiyi zamanlarda ağlına gözlərim gələrsə,

Ayaz olan gecələrdə içindən mən keçərsəm

bilki 

Sən də məni sevirsən, mənim səni sevdiyim kimi alov alov. .

Qaranlığın ortasında gözlərində böyüyürsə sənə olan sevdam ;

Gözlərindən bütün bədəninə addım-addım yeriyirsəm 

demək ki 

Sən də məni istəyirsən mənim səni istədiyim kimi..







İşıqlı səhərlərdə qollarında məni xəyal edirsənsə, 

Ən gözəl xoşbəxtlikləri mənimlə quruyursansa

Sən də məni diləyirsən eşq mələklərindən. 

Gözlərin üfüqlərə dalıb, gözyaşların gözlərindən kimsəsiz toprağa düşürsə,

Mənsiz başlayan günlərdə yalnızlığına qışqırırsansa,

Sən də məni SEVİRSƏN mənim səni sevdiyim kimi..







Ahımla inləyən skripkam oldun, 

Könlümdə ümidsiz romanım oldun, 

Həsrətlə yanıb tutuşan atəşim oldun  sən. 

Amma indii uzaqlardasan. 

Səni axtarıram ömrümün itmiş səhifələrində ; 

səni gözləyirəm bu şəhərin ən son dayanacağında.







Səndən nələr öyrəndim bilmək istəyirsənmi?

Minlərlə rəng varmış qaradan başqa, 

Minlərlə arzu varmış günahdan başqa , 

Buludlardan yalnız hüzn damlaları deyil; xoşbəxtlik damlacıqları da süzülürmüş , 

Torpaqda yalnız kaktus çiçəyi deyil də sevda tumurcuqları da çiçəkləyirmiş.

Mənə bu gözəllikləri öytətdin. Sənə bir təşəkkür borcum var. 

Borcumu ödəmək üçün sənə ürəyimi hədiyyə etsəm :qəbul edərsənmi ?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!