Yandır məktubları.

Yandır məktubları.
Sevgi Dünyası
10.09.2017 46
Hər sətir üstündə titrəyib əlim,
Sətirlər əlimdən od alıbdılar.
Mən sənə bir dəfə aldandım gülüm
Məktublar ömürlük aldanıbdılar.



Məni xatırlama özgə ol, yad ol,
Oyuncaq olmasın məktublar barı.
Ömründə bircə yol alicənab ol,
Yandır xatirəmi - o məktubları.



Orda ürəyimin harayı, ahı,
Qəlbimin utancaq sevgisi yatır.
Orda vüqarımın sınma günahı,
Kövrək bir nəğmənin sədası yatır.



Məktublar içində nəyim, nələrim,
Alovlu sətirlər gizli qəm kimi.
Yandır məktubları xatirələrim,
Yansın külə dönsün qoy sənin kimi.



Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır.
Əlim əsə-əsə yazdığım sözlər,
O zaman düz idi, indi yalandır.



Həyatın önündə sınadım səni,
Demə bahar idim, indisə qışam.
Yaxşı ki, sonradan tanıdım səni
Yaxşı ki, ömürlük aldanmamışam.

Müəllif: Nüsrət Kəsəmənli.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!