DONDU BIR ÜRƏKDƏ

DONDU BIR ÜRƏKDƏ
Sevgi Dünyası
10.09.2017 11
 

Dondu bir ürəkdə isti arzular,

Salxım salxım buz bağladı nəfəs də.

Dondu dodağımda ilıq kəlmələr,

Ruhumu asdılar bir dar qəfəsdə.



Ömrün rənglənməmiş min naxışı var,

Hələ sayılmamış neçə ilməsi.

Çox vaxt gözlərimdə suala döndün

Nəfəsimdə dondu qəlbimin səsi.



Gözlərimə yığıldılar bu yollar,

Bu yollar heç kəsi azdırmır daha.

İndi xoş qayğılar, isyi kəlmələr

Soyq ürəkləri qızdımır daha.



Heç vaxt qarşımıza çıxmaz bu yollar,

Daha hər addımın izini sildik.

Axır ki, öldürdük bu eşq divini,

Yolların səbrini tükədə bildik.



Sevgi də dənizə bənzəyir axı

Öz qəfil coşmağı, təlatümüylə!!!!!!

Dalğalar hər gecə vidalaşırlar,

Dənizin sahilsiz məhəbbətiylə!!!!!!!



Nə qədər çılğın da olsa dalğalar,

Çırpınıb-çırpınıb dənizddə ölər.

Dalğanın sahilə olan sevgisi,

Bəzən sahildəki qayada sönər.



Ömür də beləcə havayı ötdü,

Çox vaxt ümidlər də döndü gümana.

Nə məndə günah gör, nə günahkar bil

Düşdük dillərdəki aha-amana.



Yaşadıq havayı, güldük havayı,

Gerçəyi yalanla ört basdır etdik.

Bəzən bitmişləri tükənənləri,

Ötəri bir duyğunu məhəbbət bildik.

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!