Yaxşı başlayan əlaqələr niyə sonradan pisləşməyə dogru gedir?

Yaxşı başlayan əlaqələr niyə sonradan pisləşməyə dogru gedir?
Sevgi Dünyası
10.09.2017 13
Ən əvvəl hər şey çox gözəl idi. Yaxşı ,amma nə oldu belə?


Gözəl başlayan əlaqələr, zamanla pisə doğrugedə bilir. Buna səbəb olan bir neçə faktor var.
Keçmişdən gələn romantik yükləriniz, zamanla əlaqənizə zərər verməyə başlayır. Həll edə bilmədiyiniz romantik problemləriniz, bəlkə kiçikkən ailənizdə yaşadıqlarınız ya da keçmiş sevgilinizlə əlaqədar sual işarələriniz, sanki hər əlaqənizdə eyni şeylər yaşanacaqmış kimi hiss etmənizə və davranmanıza gətirib çıxarır. Bunları mütləq həll etməlisiniz.
Sevilmək ya da vəziyyətdən xilas olmaq üçün yalan danışmaq, bir əlaqənin davam edə bilməsi üçün ən lazımlı şey olan güvən duyğusunu ortadan qaldırar və qarşınızdakı sizin ağıl və ruh sağlamlığınızdan şübhə etməyə başlar ki, bu da heç yaxşı bir vəziyyət deyil.
Əlaqənin ən əvvəlində hər şey çox gözəl idi. İndi geriyə nə hazırlanan o romantik yeməklər qaldı, nə də əyləncəli gecələr üçün planlar qaldı. Məsuliyyətin paylaşılmadığı, tək tərəfin əlaqənin davam edə bilməsi üçün səy göstərdiyi əlaqələr çox təəssüf ki ,bitməyə məhkumdur.
Bir-birinizi necə gəldi hər mövzuda, zaman, məkan ya da ətrafınızda insan olub olmadığı fərq etmədən, mərhəmətsizcə tənqid etməyə başlamanız, əlaqəni bitirmək üçün tək başına kafi bir səbəbdir.
Həyatdan gözləmələri, xəyalları, ümidləri və hədəfləri fərqli olan insanlar, əlaqəyə çox gözəl başlamış belə olsalar da əlaqənin yeriməsi çox çətindir. Necə ki ayla günəş bir araya gələ bilməzlər, bu iki insanın da əlaqəni davam etdirmə ehtimalı o qədərdir.
/Mənbə:Qadınlar.Biz/








 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!