Sadəcə xəyal qırıqlığısan

Sadəcə xəyal qırıqlığısan
Sevgi Dünyası
10.09.2017 9
Dəfələrlə sınayarmı insan? Dəfələrlə güvənərmi?neçə dəfə inanar,neçə dəfə bağışlayar? Yalnız xəyal qırıqlığısan, başqa heç bir şey deyil!


Özündən qaçırsan, hər gün bir az daha uzaqlaşırsan içindəki özdən. Ona görə hər gün bir az daha çirkinləşir ruhun və həmişə daha çox pislik edə bilər hala gəlirsən.

Üzünə vurur ürəyin bir müddət sonra, görmürsən. Hər səhər baxdığın o aynalar deyil yalançı olan, sən özünü aldadırsan.

Adı başqa, səsi başqa amma ruhu eyni insanlarla yatırsan küçə arasındakı otellərdə. Bir gecədə həm özünü, həm onları çirklədirsən.

Üzündə həmişə o qorxudan, özünü bürümüş və artıq həyatla işini bitirmiş kimi dayanan ifadədir. Halbuki sən həyatın özüylə heç qarşılaşmırsan.

Bax buna görə imtina edirəm səndən! Dəfələrlə sınayıb yanıldıqdan sonra, vicdanım rahat və artıq itmiş illərin hesabını da soruşmaqdan imtina etdiyim bu gün, imtina edirəm səndən.

Həmişə düzələrsən ümidiylə itirdiyim günləri, yenə eyni ümidlə bağlayacağım inancına sığınıb, bir ömürü heç etdiyimi indi anlayıram.

Sevərkən incidərəm deyə toxunmağa belə qorxankən səni, indi görürəm hansı cəhənnəmlərdə parçaladığın özünü.

Özündən bu qədər nifrət edişini anlamıram. Bu qədər çarəsizləşdiyini görməyə dözə bilmirəm. Ağlım qəbul etmir etdiklərimi, ağlımın qəbul etmədiyini də ürəyimə izah edə bilmirəm.

Ona görə indi gedirəm!
/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!