Sen menim eşq adlı deliliyimsen

Sen menim eşq adlı deliliyimsen
Sevgi Dünyası
10.09.2017 27
Sen menim eşq adlı deliliyimsen

Sen menim eşq adlı deliliyimsen"
Deyirdim başıma delilik geler ,
Bir gün 27 yaşımda belke .
Otuzu adladım ...
Xebersizem men ,
Delilik yaşayır başımda menim .

Men ruh adamıyam ... ruhumda sensen ,
Ruhuma qul olan sözdü can , ancaq .
Neyim var al , götür
eşqinen gelen
Delilik isterem Tanrıdan ancaq .

Men sene yaxınam , özünden yaxın ,
Sen mene uzaqsan ne qeder Allah ,
Xoşbextlik getirmir bu sevinc niye ,
De niye öldürmür bu keder Allah !

Yaxınsan , duyarsan pıçıldasam men ,
Elimi uzatsam saçlarındadı .
Bes niye gözlerin ayrılıq deyir ,
Bes niye sözlerin ayrılıq dadır ?
Senin yollarinda ayrılıq ,
menim
Yollarımda qeza - qeder yaşayır .
Menim üreyimde senin gözlerin ,
Senin gözlerinde keder yaşayır .

Sene qovuşmağa gelirem , yeter
Bendenem , gözünü yola dik Allah !
Bagışla sözumden delilik yagır ,
Sevgiden ölmekdi delilik , Allah !

Ele ayrılıq da , vüsal da sende ,
Tanrısan , bendesen de axı kimsen ?!
Sen menim en hezin kederli neğmem ,
Sen menim eşq adlı deliliyimsen .

Men sene yaxınam , özünden yaxın ,
Sen mene uzaqsan ne qeder Allah .
Xoşbextlik getirmir bu sevinc niye ,
De niye öldürmür bu keder Allah ?!+скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!