HƏR ŞEY YAXŞI GƏLƏN ZAMAN SİZİ QANADAR

HƏR ŞEY YAXŞI GƏLƏN ZAMAN SİZİ QANADAR
Sevgi Dünyası
10.09.2017 33
 

Mənə Zamandan danışırlar....

Yaraları necə qucaqladığından, ya da hər şeyə necə yaxşı gəldiyindən..

Bilərsiniz onsuz da  bir işə yaramadığını bildiyiniz kimi.

Bitdiyinə
özünü inandırmaq, ayrılığın gerçəyinə dözmək, ürəyinizin unutduğunuz
yerləriylə yenidən qarşılaşmaq asan deyil əlbət...

Asan deyil bunlarla baş etmək,

uğruna içinizi öldürmək.

Zaman alıb götürər.

O boşluq dollar əlbət, yaralar qabıq bağlar, sızılar dayanar, ağrılar dibə çökər.

Həyatda seviləcək şeylər yenidən fərq edilər.

Bir yerlərdən tapılıb yeni xoşbəxtliklər əldə edilər.

O boşluq doldu sanarsınız

Halbuki o boşluğu dolduran azalmanızdır...

gün gəlir bir gün

başqa bir mövsüm,

başqa bir təqvim,

başqa bir əlaqədə

o köhnə ağrı

qəflətən geri təpər.

Diləyirəm geri təpər.

Yoxsa həqiqətən

Bitmisiniz.

Zamanla yerləşər yaşadıqların, çoxalar, mənaları əhəmiyyəti qavranar.

Bir zamanlar anlamadan yaşadığın şey, çox sonra dəyərini qazanar.

Yoxluğu dərin və davamlı bir sızı halını alar.

Halbuki edəcək heç bir şey qalmamışdır artıq..

Xoşbəxtlik keçib getmişdir yanınızdan

Hər şeyə yaxşı gələn;

Zaman sizi qanadar...





 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!