GEDƏRKƏN YOXLUĞA...

GEDƏRKƏN YOXLUĞA...
Sevgi Dünyası
10.09.2017 29
[i][/i]
Gedərkən yoxluğa…

Gecənin ən yetim saatları….

Və şəhər bütün işıqlarını yoxluga  bağlayır dirhəm dirhəm,

Mən qaraya bir azda gecəyə çalan otağımda,

düşüncələrimin pirat gedişindəyəm, hüznün səssizliyində..

Başdan aşağı sözlər tökülərkən bədənimdən, beynim düşünər bütün acizliyiylə



ayaqlarım getməyə başlar, boza bir az da qaraya çalan dar otağımda…..

Üzümü cırmaqlayarkən susqunlarımın əzikliyi,

Kürəyinə alar aciz bədənim kiçik intiharlarımı bütün soyuqluğuyla

və başdan aşagı qırmızılıqlar

tökülər damarlarımdan, soyuqluğunda qalaram həyatın, tam ortasında…..

düşürəm

Yaşıla bir azda maviyə çalan otağımda….

Addım-addım cilpaq düşüyürəm

ciyərim nikotin həbsliyində

bilirəm bu son

tüstü qırmızıya çalacaq bəlkə də orada qalacaq…

Düşünərkən ölürəm, ən intihar yerindəyəm ağılımın…

sonradan gələn beş para etməz xoşbəxtliklər kimi, sonradan gedirəm….

Bir otaq dolusu qışqırıq içərisində..

ah!! bir uzansam bu pəncərəyə, qışqıracaq nə çox şeyim var halbuki…

ah bir qalxsam…

Həyat artıq sənə susuzluğunda susuram və indi çox

uzagam…

Artıq qələm avara kağızın üstündə, kağız qələmə soyuq, qələm kağıza

və məndə bu döyüşün tam orta yerində, can verirəm kimin uğurunda…

dibdəyəm və artıq suya yazıram..

Bulanıqlığında bölürəm həyatı

''Və o an gəlir…. paldır küldür yıxılar bütün buludlar'' göz uclarımda

və uzaqdan o çox sevdigim mahnı gəlir qonar dilimin ucuna; otağım əhəng tutmur.. otağım əllərimdən də tutmur xülyalarımdan da..

klassik bir film şeridi keçmişində qalıram həyatın,

yavaş yavaş

beynim müflisləşmədən gözlərəm bağlanmağa başlayır

Ölən peşman ölərmiş amma çox gec….

üşüyürəm və burada ölürəm, həyatın tam orta yerində

ölürəm...
 [/b]
Tərcümə etdi: PRETTY GİRL
[b]Redakte etdi:
PRETTY GİRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!