İçdən sevmək

İçdən sevmək
Sevgi Dünyası
10.09.2017 6
Sevdiyiniz əməliyyat masasındadır. Bədəniniz masa başında amma ağılınız ürəyiniz onun yanındadır. Davamlı telefon açıb nə vəziyyətdə olduğunu soruşarsınız. Əməliyyat bitib də ayılma otağına alındığında ayıla bilmədiyini öyrənərsiniz . Ya bir şey olsa ya bir daha əllərini tuta bilməsəm ya yanına gedə bilmədən onu itirsəm çaxnaşmasını yaşayarsınız ürəyiniz sıxışar nəfəs belə ala bilməzsiniz... İşdən erkən çıxmaq üçün nə yeməyə nə də fasiləyə çıxmazsınız ki bir an əvvəl yanına gedə biləsiniz. İşiniz qurtardığında saniyədə qaçaraq çıxar taksiyə minər ağlayaraq yolda ona qaçarsınız.. Xəstəxana qarşısında endiyinizdə yaşadığınız hər saniyə hər dəqiqə film kimi gözlərinizdən keçmişdir. Yoxluğu ölümdür! 


Qaçaraq nərdivanları çıxar otağına girərsiniz. Orada yatmaqdadır... Onu heç elə görməmisiniz ,gözlərinizdən yaşlar axar amma səsiniz çıxmaz... Yanına yaxınlaşarsınız otaqdakı insanları görməzsiniz belə yalnız ona mərkəzlənmisiniz. Yanına yaxınlaşıb əlini yüngülcə sıxarsınız... gözlərinin qısıldığını və yaşların süzülməyə başladığını görərsiniz tutduğunuz əlinin əlinizi sıxması böyük xoşbəxtlikdir. Səssizcə ağlamaya davam edərsiniz. Gözləməyə başlarsınız. Uzunca müddət sonra özünə gəlməyə başlamışdır... Ziyarətçiləri gəlməyə başlar bir kənara çəkilərsiniz. Xaricisiniz o otaqda.. Kimsə sizi fərqinə varmaz belə yanınızdan ruh kimi keçərlər ... Sevdiyiniz ayılar. Qan qusmağa başlar narkozun təsiri ilə hər kəsi itələyərək yanına qaçar , ... O qan qusduqca siz qəhr olarsınız... Sonra yavaşca yatırdarsınız yenə yerinə təmizlədikdən sonra Yenə küncə çəkilərsiniz yenə qarabasma olarsınız otaqdakılara.

2 gün yatmadan başında gözləyərsiniz. İlk gecə kabusdur. Nəfəs alış verişlerini dinlərsiniz davamlı göz qapaqlarınızla döyüşərək. Tam gözləriniz bağlanarkən nəfəs almasının dayandığını fərqinə vararsınız bir an atılarsınız ayağa ürəyiniz ən şiddətli şəkildə çarpır. Yanına qaçdığınızda təkrar nəfəs almağa başladığını görər xoşbəxt olarsınız. Səhər olar çay qaşığı ilə bəsləyərsiniz... Susayar pambığı isladıb dodaqlarına sürərsiniz. Günorta vaxtı axşam vaxtı yenə onu bir körpəymişcəsinə diqqətlə şəfqətlə bəsləyərsiniz... Gözlərindəki qan və

yaşlari pambıqlarla silərsiniz ki şişmiş gözlərini rahatca aça bilsin...

Dodaqları ilə körpələr kimi sizə öpüş göndərər amma elə bir hərəkətdir ki o əyilib dodaqlarına dodaqlarınızı dəydirərsiniz canını yandırmamağa diqqət göstərərək... 2 gün boyunca aranızda səssiz bir oyun olmuşdur bu hərəkət...

Bəzən bir insanı çay qaşığıyla bəsləyərsiniz, bəzən ehtiyacını belə qarşılayacaq ana gəlirsiniz, kürəyinə yastıq qoyarsınız , üşüyər üstünü örtərsiniz, acar bəsləyərsiniz, susayar dodaqlarını isladarsınız, tərlər üstünü açarsınız... Danışa bilməz kağıza yazaraq ünsiyyət qurmasını təmin edərsiniz...

Ağlımdan keçənmi? ömür boyu o şəkildə qalacağını belə bilsəm mən yenə ona eyni diqqətlə şəfqətlə, səbrlə sevgi ilə eyni hislərlə baxardım... Böyük bir xoşbəxtliklə edərdim... Sevgi idi...

Amma ayağa qalxdığında hər şey dəyişdi...

Bunu demək nə qədər ağrılı olsada deyəcəm.. kaşki yenə o qədər sevdiyim biri olsa , qolu qıçı olmasa , yatalaq qalsa, başqa bir xəstəliyi olsa, bilsəm ki öləcək yenə edərəm... Sevdiyinə qıya bilməz ki insan, sevilən qıysa da...



Siz hec icdən sevdinizmi??......mən çox sevdim.



/Mənbə:Qadınlar.biz/


 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!