Yaşayarkən öləcəksən

Yaşayarkən öləcəksən
Sevgi Dünyası
10.09.2017 17
 
Yaşayarkən öləcəksən
 
Sənin dəli kimi sevdiyin insan bir gün sənə "Səni sevirəm" deyib, münasibət qurarsanız əgər, izah edim nələr olacaq.

 
Əvvəlcə sənə səni sevdiyini söyləyəcək, səninlə məşğul olacaq, səni xoşbəxt edəcək, səni qucaqlayacaq, səni öpəcək, sənə istədiyin hər şeyi verəcək. Hədiyyələr alacaq, səninlə gəzəcək, birlikdə qəhqəhələr atacaqsınız. Sonra yemək, sonra şəkil, hər şeyi birlikdə yaşayacaqsınız. Ayaqların yerdən kəsiləcək, hər kəsə onu izah edəcəksən, hətta ondan başqa heç bir şeyi danışmayacaqsan. Onun sonsuza qədər yanında olacağını düşünüb, onun üçün hər kəsi qarşına alacaqsan. Həyatını, ondan ibarət kimi izah edəcək və yaşayacaqsan. Gözlərində itəcəksən, əllərini buraxmaq istəməyəcəksən, üşüdüyündə ona sarılacaqsan, ürəyinin atışını hiss edəcəksən, qoxusunu ciyərlərinə qədər əzbərləyəcəksən. Nə vaxt nə etdiyini, mimikalarını, kirpiklərini, əllərini ağılına gələcək nə varsa bir-bir ağılına işləyəcək hamısının şəkli. Hər şey gözəl gedir deyəcəksən, sonra bir şey olacaq.

 

Bir soyuqluq girəcək araya, bir əhəmiyyətsiz hesab etmələr.. Bax o zaman yerdən kəsdiyi ayaqlarınla düşəcəksən yerə. Bir şey olmayacaq bədəninə amma ürəyin parçalanacaq. Öləcəksən hər gün. Çünki o səndən sıxılmış olacaq. Çünki o səndən bezmiş, artıq başqa dadlar axtarır olacaq. Çünki o, çoxdan bir başqasıyla danışmağa başlamış, səndən xilas olmanın yolunu axtarır olacaq. Sən nə olacaqsan? Həyatına girən hər insana onun sənə etdiyi bu şərəfsizliyi ödətdirməyə çalışacaqsan. Canı yansın istəyəcəksən, sənin xoşbəxtliyini eşitsin, məhv olsun deyə dualar edəcəksən. Onsuz xoşbəxt ola biləcəyini sübut etməyə çalışacaqsan, nifrət edə edə sevəcəksən. "Bir gün mənə gəlirsə əsla dönməyəcəyəm" yalanına özünü inandıracaq, amma həmişə gəlməsini gözləyəcəksən. Sən nə olacaqsan?

Sən, yaşayarkən öləcəksən.
 
 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!