Yağışın olacağam...

Yağışın olacağam...
Sevgi Dünyası
10.09.2017 16
Yağışın olacağam. Yağışın olub hər dəfə yağacam sən darıxanda.Mənə baxacaqsan pəncərəndə.Seyr edəcəksən məni.Sevəcəksən məni.Xəyallara dalacaqsan..Mənə toxunmaq istəyəcəksən.Əllərini pəncərədən çıxarıb toxunacaqsan.Damla-damla məndə sənə toxunacam.Dahada yaxın olmaq istəyəcəksən.Damlalarımla islanmaq istəyəcəksən.Dahada sürətli yağacam.Yağacam,süzüləcəm yanaqlarından.Üşüyəcəksən.Damlalarımla isidəcəm səni.Yağışın olacağam.Pəncərənə yağacam.Adımı yazacaqsan pəncərənə.  Ürəyindən çıxıb gəzmək keçəcək.Gəzəcəksən.Məndə sənlə bir gəzəcəm.Narın-narın yağacam.İslanacaqsan.Göylərə baxıb sevgimə vurulacaqsan.Məni yox səni sevməyimi sevəcəksən.Mənsizliyə darıxacaqsan.Gözlərin dolacaq.Ağlayacaqsan.Göz yaşlarını siləcəm damlalarımla.Oturub bir anlıq keçən günlərimizi düşünəcəksən.Yenə mənsizliyə darıxacaqsan.Əvvəlki günlərimizə dönmək istəyəcəksən.Gec olduğunu anlayacaqsan.Dahada güclü yağacam.Heyran olacaqsan mənə,sevgimin hələdə var olduğuna inanacaqsan. Titrəyirsən.Kəsəcəm,daha yağmayacam.Toxunmayacam daha sənə,süzülməyəcəm yanaqlarınnan.Daha çox darıxacaqsan.Yenə yağmamı istəyəcəksən.Məni seyr etmək istəyəcəksən,mənə toxunmaq istəyəcəksən.Yenə pəncərəndən məni izləmək istəyəcəksən.Daha yağmayacam.Düşünməki bir gündə başqası üçün yağacam,başqasının yağışı olacam.Yox! Mən ancaq sənin yağışın olacağam.Həmişə sənin üçün yağdım.Səni sevdiyim üçün yağdım.Səni izləmək üçün yağdım.Mənə toxunduqca məndə sənə toxundum.Damlalarımla tutdum əllərindən.Damlalarımla öpdüm səni..Damlalarımla tumarladım saçlarını.Pəncərədən məni izləyəndə məndə sənə baxdım.Mənsizliyə ağlayarkən məndə sənsizliyə ağladım.Yağışın oldum.Sənə yaxın oldum.Səni hər damlam qədər sevdim.Qorxdum xəyallarını yuyub aparmağımdan.Narın-narın sanki nəğmə kimi yağdım.Yavaş-yavaş saçlarında qurudum.Məni sənə xatırlatdığı üçün küsmə yağışdan.Mən xatirəyə çevrilən damcılar oldum!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!