Mənim Kimi...

Mənim Kimi...
Sevgi Dünyası
10.09.2017 7
 

 
 
Mən şair olmağa hazırlaşmıram
heç şeirdə yazmıram
elə-belə
hərdən düşəndə
cızma-qara..........

Mən gecələri tək yatıram
səhərləri tək oyanıram
hər səhər stolumun üstündəki
kofe fincanı da təkdir
mənim ki..........

Naharı da özüm hazırlayıram
bir az spagetti bir az da salat
boşqabım da təkdir
fincan kimi
mənim kimi.........

Televizora da tək baxıram
sevgi filmlərini də tək izləyirəm
musiqiləri də tək dinləyirəm
küçədə də tək
metroda da..........

Ətrafımdan ötüb keçən insanlar
kölgə kimidirlər
heç kim danışdırmır
məni
heç salam da vermirlər
hərdən şübələnirəm özümdən
bəlkə mən yox olmuşam
ya da ümumiyyətlə olmamışam........
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!