Qüsursuz sevgili olmağın 5 qızıl qaydası

Qüsursuz sevgili olmağın 5 qızıl qaydası
Sevgi Dünyası
10.09.2017 10
Yoldaşlarından, hobbilərindən və sizdən imtina etmədən sizə olan bağlılığını gücləndirə bilərsiniz. Asanca əlaqənizdə tətbiq edə biləcəyiniz təkliflərlə həm qüsursuz bir sevgili olacaq həm də sevgilinizin sizə olan ehtirası artacaq.

Sevginizi göstərməkdən çəkinməyin:
Kişilər hər yerdə onlara olan sevginizi göstərmənizi istəyir. Çöldə ya da yoldaşlarınızla olarkən sevginizi bildirməkdən çəkinməyin, onlara olan sevginizi hər daim göstərin.

Dostlarıyla birgə vaxt keçirin:
Sevgilinizin ürəyinə gedən yollardan biri də imtina edə bilmədiyi yaxın dostlarından keçir. Hərdənbir sizdə sevgilinizin yanında dostlarıyla söhbət edərək nə qədər əyləncəli biri olduğunuzu nümayiş etdirin. Ancaq davamlı tənqid etməkdən və çox çox danışmaqdan uzaq durun. Sevgilinizlə etdiyiniz planlara arada bir yoldaşlarını da daxil edin.


Kiçik sürprizlər edin:
Qadın ya da kişi heç fərq etməz hər kəs sürprizləri sevər. Sevgilinizi xoşbəxt etmək üçün kiçik hədiyyələr ya da yorğun gəldiyi bir axşamı əyləncəli etmək üçün hazırlayacağınız yeməklərlə xoşbəxt edə bilərsiniz.

Ruh halını anlamağa çalışın:
Kişilər nə qədər dərdləri olsa da qadınlar kimi çox izah etmə tərəfdarı deyillər. Ancaq pis göründüyünü anladığınız an çox çox üzərinə getmədən bir problem olub olmadığını soruşun. Mövzunu çox irdələyib, qarşı tərəfi sıxmadan öz istəyiylə izah etməsini gözləyin.

Kompliment etməyə laqeyd yanaşmayın:
Kişilər də ən az qadınlar qədər iltifatdan xoşlanar. Ancaq birbaşa olaraq fiziki xüsusiyyətlərinə qarşı deyil. Onun nə qədər zarafatcıl olduğunu, sizi nə qədər çox əyləndirdiyini, xoşbəxt etdiyini söyləyin. Yanında özünüzü nə qədər çox etibarda hiss etdiyinizi söyləməniz xoşuna gələcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!