İlk görüş

İlk görüş
Sevgi Dünyası
10.09.2017 69
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]

 
[/center]
 
[center]



İLK GÖRÜŞ


Nə vaxt görüşmüşük?
Harda? Nə zaman?
Doğrusu, elə bil yadmıdan çıxıb.
... Təbəssüm səhəri doğdu üzündən,
Dayandın ehmalca əlimi sıxıb.

Sözlərin qırıldı, töküldü bir-bir;
Çırpdı divarlara, daşlara külək.
Kəlmələr dağıldı sahil boyunca
Yorulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don,
Gözündə çaşqınlıq ala-toram.

Əllərin qonmağa bir yer tapmadı,
Sındırdın az qala barmaqlarını.
Sonra da gözlərin sirli söhbəti:
- Sevirsən?
- Sevirəm.
- Hər zaman?
- Hər an!
Sonra da dillərin şirin yalanı:
- Sevmirsən?
- Sevmirəm?
İndi o vaxtdan
Saatlar,
həftələr, illər ötüşür.
Amma o ilk görüş yaşayır hələ.
Qocalmır, zamana yanıqlar verib,
Yaşayır hər yeni görüşümüzlə.

İlk görüş yox olsa, yox olub gedər,
Dönər bir heçliyə görüşlərimiz...
Görüşlər hamısı vərdişə dönər,
Bəlkə bir saatda qocalarıq biz.

Hər yeni görüşlə ilk görüş gəlir,
Bütün görüşlərə nur səpir bir-bir.
İlk görüş həmişə arxada deyil,
İlk görüş bəzən də gələcəkdədir...




Aforizmlər


Əsas "ilk görüş"də deyil, "hər görüş"də aşiq olmaqdır.
***********************
İlk görüş həmişə arxada deyil, İlk görüş bəzən də gələcəkdədir.
***********************
Gözlərim səni xəyallarımda canlandıraraq yuxuya getdi, ruhum səninlə yuxuda ilk dəfə görüşdüyümüz sevgi otağına getdi, yalnız cismim səndən ayrı qalmışdı... Oda bu ayrılığa dözməyərək hələlik olaraq ikinci dünyada idi... (By Rufo)
************************
Bəzən ilk görüşdə bilirsən artıq ki O insan sənin qismətindir.Amma bəzən bir ömür boyu axtararsan tapilmaz... Sevgi təsadüfləri sevər ...
***********************
Sevmək- Sevgili olmaqdır. Sevgilinin üzündəki gülüş olmaqdır. Onu yaşadacaq bir damla su olmaqdır.
***********************
Unutma, sevgisiz olmaq yalnız şeytana məxsusdur...
***********************
Çox ağllı bir nəfər mənə demişdi ki, sevgidə ilk addım da dostluqdur, elə son addım da.
***********************скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!