Mən qaranliqda dünyaya gəldim

Mən qaranliqda dünyaya gəldim
Sevgi Dünyası
10.09.2017 9
Həyat bu zülmətdə zəif parıltıları görməyi öyrətdi .
Gözləməyi öyrətdi.Sabahın gəlişini gözləməyi.
Ayağa qalxmağı, yavaş - yavaş gəzməyi öyrətdi... Sonra yıxılıb yenidən qalxmağı.
Sevgi öyrətdi... Fədakar olmağı... Bəzən qurban verməyi öyrətdi...
Nifrəti öyrətdi, nankorluğu. Qırdığım, sındırdığım hər cismin parçalarını toplamağı, əvvəlki kimi olmayacağını bilə - bilə, bir araya gətirməyi öyrətdi...
Əzməyi öyrətdi, parça - parça etməyi. Sonra əzilməyi öyrətdi parça-parça olmağı...
Sərt tufanlar qarşısında qaya kimi bərk durmağı öyrətdi... Sərin mehin əsməyi ilə yıxılmağı...
İnad etməyi, ardına baxmadan getməyi öyrətdi... Peşman olmağı geri dönməyi öyrətdi.
Həyatın özünə üsyan etməyi öyrətdi... Sonra elə həyatın özündən bərk – bərk tutmağı öyrətdi.
Kədərimə güləcək qədər güclü olmağı öyrətdi, sevincimə ağlayacaq qədər zəif.
Həyat əslində yaşamağı öyrətdi, bütün gözəllikləri, çirkinlikləri ilə acı həqiqətləri şirin yalanları ilə həyatın özünü öyrətdi.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!