Hər şeyi silib başdan yaşayacağım bir həyat şansı verilsə mənə

Hər şeyi silib başdan yaşayacağım bir həyat şansı verilsə mənə
Sevgi Dünyası
10.09.2017 7
 
Hər şeyi silib başdan yaşayacağaım bir həyat təqdim edilsə. Bu həyatın bir silgisi olsa da təkrar başdan yaşayabilsəm.Qaranlıq düşən qışqırıqlarımın içinə təbəssümlərin hakim olduğu bir həyata girəbilsəm.Bir yarpaq kimi titrəyən ürəyimə su səpə biləcək pəncərələr açılsa o həyatda..
Silsəm silsəm silsəm…


 Hər şeyi silib başdan yaşayacağım bir həyat şansı verilsə mənə
 
İç çəkdiyim günləri bir həyat silgisiylə yox edəbilsəm.. Fırtınaları dindirə biləcək bir liman yarada bilsəm iç dünyamda… Bir anda hər ağrını yox edə biləcəyəYim bir sehr kimi silgim olsa.. Bu həyatda hər yediyim zərbəni o silgimlə yox edebilsəm nə gözəl olardı..
 
Hər şeyi silib başdan yaşayacağım bir həyat şansı verilsə mənə
 
Təkliyimə dəvətnamə çıxaran sancılı ağrılarımı dindirəcək bir həyat təqdim edilsə.
Ahhhhhh deyə keçmişimə baxıb səbəblərimlə dolu həyatımı siləbilsəm. Yerinə yeni bir həyat çəksəm sevgidolu qələmimlə özümə. Serialımın üstünə çöküb bitdiyimi anladığım anlarda bu qaranlıqdan məni qurtara biləcək incə bir xətt meydana gəlsə. Elə bir xətt meydana gəlsə ki həmişə onun üzərində yeriyərkən gözlənilməz ağrılarla qarşılaşmasam..
 
Hər şeyi silib başdan yaşayacağım bir həyat şansı verilsə mənə
 
Səhvlərimi, peşmanlıqlarımı bir anda silsəm. Yerinə itirdiklərimi geri ala biləcəyəyim bir həyat versə mənə sildiklərimə qarşılıq. Belə bir həyata gizli qutumdakı xəyallarımı, bilinməyən ağaclarımdakı ümidlərimi çıxarıb təkrar mən olaraq yaşamağa başlasam. Bütün ağrılarımı heç xatırlatmayacaq əsla və əsla hüznlərin qol gəzdiyi qaranlıqlardan iz daşımayacaq bir həyat təqdim edilsə. Baxdığım hər yerdə köhnə məni axtarmadığım bir məskən verilsə mənə.
Yox belə bir həyat silgisi.. bəli bilirəm yox…
Heç bir zaman olmayacağını da bilirəm…
Bizə acılı ağrılı və hüznlə boğuşmaq qalacaq bu həyatda….
 
Redakte etdi:  PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!