Bir arzu tut (4-cü bölüm)

Bir arzu tut (4-cü bölüm)
Bölümlü Hekayələr
10.09.2017 29
- Zibil!

Padrenin sözlərini təkrarlayaraq evlilik bağını bərpa edən bəy və gəlin çəkilən şəkillərdən sonra axşamki dəvət üçün hazırlanmaq üzrə yenidən evə yollananda Jasmin küncdə dayanmış Aleksin kilsədən çıxmasını gözləyirdi. Aleks arxayınlamış bir tərzdə kilsədən çıxarkən sol qolundan tutub özünə tərəf çəkən əlin kimə aid olduğunu görməyə vaxt tapmadı.

- A..Nə baş verir! Ouu, siz.. sizi bayaq da gördüm, yəqin ki, gəlinin rəfiqələrindən birisiniz

Castin Aleksin qulağının dibindən nə qədər sərt vurmağa zalışsa da yeni vücudunun qazandırdığı bir zərifliklə şillə ilişdirdi.

- Aleks! Özünə gəl, mənəm Castin! Başıma açdığın oyuna bir bax!

Aleks eşitdiyi cümlələrdən ciddiləşsə də anidən gülməyə başladı

- Hə,mən də Obamayam.Çox da zarafatcılsınız. Hə, hə, başa düşdüm! Siz Castinin dostusunuz. Yaxşı, bəs özü hanı? Düşünür ki, bu zarafatı bizi qorxudacaq? Məncə özünə deyin ki, nigahda iştirak edə bilmədiyi üçün Benjamin ondan bərk inciyib.

- Çərənləməyi kəs!!! Sənə deyirəm, ki, mən Castinəm! Dünən dediyiniz o zibil hər nə idisə mənim başıma gəlib! Sən, nənəndən danışmışdınm, məni dərhal yanına apar, bu işi düzəltsin!

- Əzizim, sakitləş, sözlərini yaxşı əzbərləmisən amma biz daha əyləncəli vaxt keçirə bilə..

- Ay sənin əyləncəni !! OKey, sənə Castin olduğumu sübut edim! Atan keçən il vtomobil qəzasında vəfat edib, ananla yaşayırsan bacın isə Almaniyaya ərə gedib. Sol çanağının üzərində doğum ləkəsi var, özün də şərəfsizin birisən!

Aleks inanmaqda çətinlik çəksə də xanımın dediyi hər şey düz idi

- Yaxşı, bəs dotluq şifrəmiz?!

Castin hər zaman şikayət edib iyrənc fikir olduğunu dediyi şifrələrini başını sallayaraq səsləndirdi:

- Dovşan nəcisi

- Aman Tanrım.. Castin! Sən? Bu axı necə?

- Özüm də bilmirəm! Amma məni bu zibildən sən çıxaracaqsan, hər şey sənə görə oldu!

- Yaxşı, sakitləş, toydan sonra həll edərik

- Nə toy! Mən bu halda gəzə bilmirəm! Dərhal gedirik!

- Dostum, nənəmin yaşadığı ev çox uzaqdadı, toya isə bir neçə saat qalıb. Benjaminin bizə ehtiyacı var. Biz məsələni onlara da izah edərik.

- Yox! qətiyyən! Onlara heçnə deməyəcəyik! Məni dillərinə dolayıb hər kəsə ifşa edəcəklər. Gecənin striptizci qızı kimi oynadarlar məni!

- Hahaha! Yaxşı, mənim dostum kimi gedərsən. Heç kəsə demədən həll edərik. Gəl gedək!

..Deminin ailəsi ilə yaşadığı böyük malikanənin həyətindəki hovuzun ətrafı masalar, rəngbərək işıqlar, içki və yüngül yeməklərlə bəzədilmişdi. Masaların ətrafında gəzişən yaxın dost və qohumlar bəylə gəlinin aralarına qatılmasını gözləyirdi. Jasmin deyinə deyinə də olsa Aleksin qoluna girmiş qaşqabalı üz ifadəsi ilə bir an əvvəl gecənin sonunun gəlməsini gözləyirdi.

- Castin, qolumu sıxmağı kəs!

- Dua et ki, bununla kifayətlənirəm, sənin..

- Yaxşı, yaxşı, susdum

- Harda qaldı bunlar?!

- Castin ,məni burada gözlə, gələcəyəm

- Hara gedirsən?!!

- İcazənlə vanna otağına gedib təbii ehtiyaclarımı ödəyəcəyəm!

- Tez ol! Geciksən arxanca gələcəyəm!

- İlahi! Sən deyəsən həqiqətən qadınlaşmısan! Həm də evli qadın!



Müəllif: Məsudə Cabbarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!