Bir arzu tut (7-ci bölüm)

Bir arzu tut (7-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 16
- A..az qalıb, birazdan çatırıq - 5 saata yaxın davam edən səssiz yolçuluqdan sonra Aleks dilləndi. Castindən səs çıxmadı amma buna görə onu günahkar saymaq haqsızlıq olardı.



Avtomobil pırtlaşıq otların içi ilə irəliləyərək köhnə bir daxmanın qarşısında dayandı. Ön işıqları söndükdən sonra avtomobil gecənin qaranlığında demək olar görünməz oldu. Daxmadan biraz uzaqlıqda yerləşən meşədən ulayan çaqqal səslərinin gəlməsi , buraya qorxu filmlərindənki kimi vahiməli görüntü vermişdi.



- Zarafat edirsən?! Nənən həqiqətən cadügər filandı ? Bu nə yerdir belə? Bu necə evdir?!



- Hə, dostum, biraz qorxuducu görünə bilər amma inana mənə, uşaqlığım demək olar burada keçib, qorxulu heçnə yoxdur. Evə qaldıqda isə bu ev nənəmlə babamın evləndikləri zaman yaşadıqları yer olub. Bamam öldükdən sonra nənəm buranı tərk edə bilmədi. Valideynlərim nə qədər israr etsə də , o, burada qalmasının daha yaxşı bir fikir olacağını düşünürdü. Bu il yenidən təmir etdirməyi düşünürük amma ev o qədər köhnədir ki, bunun bir yararı olmayacaq. Güclü külək, bircə dəfə möhkəm yağan yağış bəs edir ki hər şey əvvəlki halına qayıtsın. Amma indi saat gecə 4:00 dür. Gecənin bir yarısı qadını qorxutmaq istəmirəm. Avtomobildə gözləyək, səhər açılar açılmaz gedib dərdimizi danışarıq. Onsuz da o gün çıxmazdan əvvəl oyanır hər zaman.



Castin əvvəl etiraz etsə də biraz düşündükdən sonra bu tanımadığı yaşlı qadını gecənin bir yarısı qorxutmağın öz vəziyyəti üçün də yaxşı fikir olmayacağını, qadına qorxudan bir şey olarsa ədəbi bu görüntüyə həbs olacağını düşünüb qorxaraq razılaşdı.



Saniyələr, dəqiqələr,saatlar bir əsr qədər uzun gəlirdi. "Bir an əvvəl səhər açılsa kaş, mən də bu dərddən, bu lənətli möcüzədən qurtulsam!"

- Castin , yatmısan ?

- Hə

Aleks gülümsədi

- Castin , bu gecə , yəni ötən gecə nə baş verdi ?

Castin Aleksin cümləsindən sonra bir müddət susdu və gözlərinin qarşısında canlanan sürətli kadrlara baxdı. Keçirdiyi stress , əsəb , beynindəki suallar hələ də çox təzə idi.

- Aleks.. sən heç bir gün də olsa öz ananın yerinə qoymusanmı özünü ? Onun bazara , marketə gedib gəldikdən sonra üzünə fikir vermisənmi ? Məsələn mənim anam çox vaxt bazarlıq üçün atamı göndərərdi . Nadir hallarda evdən çıxardı , çox az bəzənərdi , özünə demək olar fikir verməzdi. Qayıdanda isə üzündə səbəbini bilmədiyimiz əsəb olardı. Çox vaxt biz bir şey soruşmadan havanın çox isti olduğunu deyərdi ya da başqa bir səbəb.. amma mən indi onu çox yaxşı başa düşürəm .. məncə səbəb tamam başqa idi. Səbəb qadın olmaq idi .. sadəcə bu. Bir fikirləş. Özünə fikir versən , baxımlı olsan təhlükə birə beş artacaq , baxımsız olsan baxımlıları görüb dərdlənəcəksən.. Onlar qədər cəsarətli olmadığını anlayıb özünə hirslənəcəksən amma içindəki qorxu hər zaman qalib gələcək.. mənə bir bax , şəffaf və ağ dərim , cəlbedici bədənim var amma bu mənə zərərdən başqa bir şey yetirmir. Bəlkə də vərdiş etməmişəm..amma yox ! Yaşananlara heç nə bəraət qazandırmaz!



Müəllif: Məsudə Cabbarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!