Bir arzu tut (8-ci bölüm)

Bir arzu tut (8-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 26
- Axı nə baş verib?

- Bunun bir əhəmiyyəti yoxdur. . Nə isə , günəşin çıxmasına az qalıb. Gəl gedək qapını döyək. Çox vaxt itirdik !

Aleks başı ilə təsdiqlədi.

Cırıltısı ilə qulaq batıran həyət qapısı simin üzərində düzülən quşların qanad çırparaq uzaqlaşmasına səbəb oldu. Aleks qapıya doğru yaxınlaşıb tor basmış taxtalarının üzərini barmaqları ilə taqqıldatdı. Bir neçə dəqiqə gözlədilər .

- Evdə olduğuna əminsən?

- Castin , bu yaşda qadın harada olacaq ?

Qapının arxasından titrəyən ürkək səs eşidildi :

- Kimsən?

- Nənə , mənəm Aleks

- Aleks ?

- Hə , nənəcan , sənin nəvən Aleks

Haradasa bir dəqiqəyə yaxın səs gəlmədi. Nəhayət asta asta qapı aralandı.

- Oh.. Aleks..

Aleks gülümsəyərək nənəsini nəvazişlə qucaqladı. Nənəsi Aleksin çiyni üzərindən Castini süzdü və Aleksin qulağına pıçıldadı

- Nişanlındı?

- Nə ? Aıı.. yox yox , nənəcan , əslində bu.. çox qarışıq məsələdir.. keçək içəri hər şeyi danışacağam.. bizə ancaq sən kömək edə bilərsən..

..xanım Amelia köhnə otağın ağırlıq tutmayan oturacaqlarına qonaqlarını dəvət etdikdən sonra, otağın küncündə qaladığı sobanın işərisinə bir neçə odun daha ataraq, dəmirinin üzərinə qəribə rəngli su ilə dolu olar qabını qoyduqdan sonra üzərini çırpalayıb nəvəsinin yanında , amma yerdən əyləşdi. Aleks havanın çox isti olduğunu bildirib soba yandırmaq üçün artıq gec olduğunu bildirsə də nənəsi hər zaman üşüdüyünü və bəzən bu istiliyin belə ona kifayət etməyinibi bildirdi.



- Məni burax, sən özündən danış.. Atan necədir? O ifritə ilə hələ də eyni evdə yaşayır? ( oğlunun arvadına həmişə belə deyərdi, çünki, evləndikləri zaman onu heç istəməmişdi. Bəlkə də haqlı idi, çünki xarakterini analiz etdiyiniz zaman Karla xanımın bir o qədər də mehriban olduğunu demək olmazdı)



- Yaxşıdır nənəcan ( Aleks gülərək söhbətin kimdən getdiyini anladı) Əslində atam da.. ( Castin Aleksin böyrünə bir disrək vurub mətləbə keçməsini tələb etdi) Şey.. nənəcan , yadındadır, ən son sənin yanında qalmağa gəldiyim tətil? Həmin gecələrdən birində mənə bir nağıl danışmışdın.. Ə..Əfsanə olduğunu demişdin.



- Aleks.. Sən mənim yanımda ən son on bir il əvvəl qalmısan mənim isə dünən nə yediyim yadımda deyil.



- Yox, yox! Bilirəm..yəni..Nənəcan, yalvarıram, bunu xatırla! Xatırlamalısan! Ölüm qalım məsələsidir..



- De görüm, nağıl nə haqqında idi?



- U..Ulduzlar haqqında, arzular gecəsi! Yadındadır? ildə bir dəfə gerçəkləşdiyini demişdin. Əgər ürəkdən arzulasan buna nail olacaqdın



- Haa.. O məsələ.. Oğlum, bu əfsanələr artıq unudulub. Heç kəs bu barədə heçnə bilmir. Arzulamır.. Artıq insanlar arzu tutmağı belə bacarmır..Arzulasalar belə, artıq qəlbləri o qədər çirklidir ki, o arzuların reallaşması qeyri mümkündür..



- Deyəsən aramızda, az da olsa təmiz qəlblilər qalıb.. ( Aleks gülümsəyərək əlini Castinin boynuna dolayanda xanım Ameliya məsələnin nə yerdə olduğunu azda olsa təxmin edib heyrətləndi..)



- Ohh, əzizim, sən nə arzulamışdın?



- Ə..Əslində ( Castin incə səsli boğazını təmizlədi) məsələ bir az qarışıqdır,bu..mənim istəyim xaricində gerçəkləşin, yəni düzdür ağzımdan çıxıb amma istədiyim bir şey olduğu üçün yox. ürəkdən deyib güldüm sadəcə..



Müəllif: Məsudə Cabbarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!