Bir arzu tut (9-cu bölüm)

Bir arzu tut (9-cu bölüm)
Bölümlü Hekayələr
10.09.2017 15
Xanım Amelia qaşlarını çatıb bir şeylər deməyə çalışan bu çaşqın qızı anlamağa çalışdı. Aleks Castinin özünü itirdiyini, sağ əli ilə sol əlinin üstünü cızdığını, ayaqlarını bir birinin üstündə sürtdüyünü görəndə get gedə əsəbləşdiyini anladı və dərhal məsələyə müdaxilə etdi.



- Nənəcan, əslində bu bir zarafat idi. Yəni zarafatla deyilən bir söz, sadəcə biz anlamadıq ki, niyə məhz Castin bu məsələnin qurbanına çevrildi



- Castin kimdir? ( Nənə çaşqınlıqla soruşdu)



Aleks Castini Castin isə özünü barmağı ilə işarə edəndə nənə "İlahi!" deyərək titrəyən əlləri ilə ağzını qapadı.

- Axı bu ?! ( xanım Ameliya əllərini yerə söykəyib ayağa qalxdı, istiqamətini düzəldib Castinə tərəf yeriyəndə Castin də əyləşdiyi oturacaqdan qalxdı. Nənə böyük bir heyrət və möcüzə görmüş kimi bərələn gözləri ilə Castini süzdükdən sonra əlləri ilə öncə onun əllərinə sonra əllərini sürüşdürərək qollarına , sonra isə üzünə toxundu..)



- Məni bu lənətdən qurtara biləcəksiniz? ( castinin bu sözündən sonra nənə içini çəkdi)



- Lənət ?! Bu ki, möcuzədir, əsl möcüzə!



- Ordan elə görünə bilər ancaq mən..



- Nənəcan, Castin bir kişidir, ( Castini süzdü) yəni ən azından ruhu.. Onu əvvəlki halına qaytarmalıyıb. bu i.i isə ancaq sən həll edə bilərsən. Biz indi nə etməliyik.



Xanım Ameliya gözünü Castindən çəkmədən fikrıə getdi. Sonra əllərini ondan ayıraraq sobaya yerləşdirdiyi qaba doğru gedib qabı götürdü. İşindəki sarıyabənzər rəngdəki suyu, ya da çayı biraz paslanmış dəmir qablara tökərkən bir kəlimə danışmadı. Qabları uşaqlara uzadaraq "için, bitki çayıdır" dedi. Castin və Aleks əvvəl bir birinə baxsa da sonda hərəsi bir qurtum alıb üzlərini var qüvvələri ilə turşutdular. Bu sırada xanım Ameliya içəri otağa keçmişdi. üzərindəki taxtaları rütubətdən şişib parçalanan sandığının qapağını açıb nə isə axtarırdı.



Müəllif: Məsudə Cabbarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!