Bir arzu tut (18-ci bölüm FİNAL)

Bir arzu tut (18-ci bölüm FİNAL)
Bölümlü Hekayələr
10.09.2017 14
- Eşidirəm sizi

- Şşey,mən.. cinayətlə bağlı..əslində.. cinayəti mən törətmişəm!

Qodvin dərhal başını dəftərdən çəkərək

- Nədir? ələ salmısınız məni?

- Y..yox, yox, qətiyyən mən sadəcə etiraf etməliydim. Dünən gecə burada bu otaqda mən də olmuşam, onun başına bir suvenirlə zərbə endirdim ( castin əlləri ilə suvenirin ölçüsünü göstərmək istəyirmiş kimi ) o..o mənə təcavüz edəcəkdi, mən sadəcə müdafiə üçün.. mən..

- Xanım qız, sakitləşin, ifadələrinizi yazılı şəkildə götürəcəyik, ancaq bu otaqda tapılarkən cəsədin üzərində doqquz bıçaq zərbəsi olub.. yəni o, sizin vurduğunuz zərbədən ölməyib. çox güman ki, həmin süvenir dəlil kimi aparılıb, bölməyə gedin, orada sizə köməklik göstərəkəklər. Polislə əl birliyi və etiraf üçün isə təşəkkürlər!

Castin nə olduğunu anlamadan onu tələsik otaqdan çıxaran detektivəbir şeylər deməyə çalışsa da , detektiv həmin anlarda Castini digər polislərə təhvil verməklə məşğul idi. Castinin həmin günü axşama qədər polis məntəqəsində təkrar təkrar ifadə verməklə keçdi. Araşdırma nəticələri açıqlanana qədər Castin nəzarətdə saxlanıldı. İlk bir neçə günü tək sirdaşı Alekslə görüşə bilməsə də digər günlərdə istəyinə nail oldu. Son məlumatları topladı, bir gün xahiş etdi ki hər şeyi olduğu kimi Demiyə və onun ailəsinə bildirsin. Aleks bunu qəbul etmək istəməsədə Castinin yalvarışlarına dayana bilməyib razılaşdı. Cinayətin bütün parçaları tək tək yerinə otururdu. Bir aya yaxın araşdırmadan sonra polislər Ceykobun hələ həbsxanada olarkən narkotika alverində birgə iş gördüyü bir neçə dırnaqarası dostunun pulunu özlərinə çatdırmadığı və xəclədiyi üçün onlar tərəfindən "cəzalandırıldığı" ortaya çıxdı. Demi Alekslə danışdıqdan sonra heç cürə sakitləşə bilməyən ailəsinə hər şeyi mülayim səslə təkrar təkrar danışıb, bunun bir qadın üçün nə qədər alçaldıcı vəziyyət olduğunu başa salmağa şalışdı. Aleks, Demiyə Castindən icazəsin hər şeyi danışmışdı çünki. Əvvəlcə inana bilməsə də Aleksin bütün danışıqlarından sonra heyrətlər içinə düşən Demi Castinin vəziyyətinə ürəkağrısı keçirdi və onu anladığını dedi. Aleksə isə söz verdi ki , bunu bildiyini Alekslə özündən başqa heç kəs bilməyəcək..

Aleks son on gün idi ki Castinlə görüşə bilmirdi. Ceykobun ailəsinin
şikayəti geri götürdükdən sonra ali məhkəmə Castinin qərarlaşdırılmış
cərimə qarşılığında azadlığa buraxılmasına qərar verdi. Həbsxana
divarlarının önündə dayanan üç dost və Demi Castinin yolunu gözləyirdi.
Təbii ki, gözlədikləri insanın Castin olduğunu ancaq Demi və Aleks
bilirdi. Benjamin və Robert isə Aleksin bir müddətdir tanıdığı "
dostuna" dəstək üçün burada idilər. Dəmir darvazaların ehtişamlı səsi
bütün diqqətləri üzərinə çəkdi. Darvazanın arxasından görünən ipləri
səliə ilə bağlanmış ayaqqabının, ütü xəttləri düzdüz dayanmış qara
kostyumun içərisində dayanan bu yaraşıqlı gənc adam Castinin özü idi.
Demi və Aleks oturduqları skamyadan cəld ayağa qalxıb təəccüblə bir
birlərinə baxsa da Benjamin və Robert yalnızca uzun zamandır xaricdə
tətildə olduğu deyilən Castinin burada nə işi olduğunu anlamağa
çalışdılar. Castin üzünə dəyən küləyin nəvazişli sığalını hiss etdikcə
gözlərini yumub, azadlıqda olmağın nə qədər böyük nemət olduğunu
hüceyrələrinə qədər dərk etdi.. Axı o, indi, iki həbsxanadan birdən
azadlığa çıxmışdı.. Hər şey həll olunduqdan və hər kəsə özünü
bağışlatdıqdan sonraki gecələrin birində Castin yerində uzanarkən içinə
yayılmış rahatlıq hissini duyaraq dərindən nəfəs alanda fikrindən çox az
müddətliyə də olsa əvvəlki halı üçün nə qədər darıxdığını keçirmişdi.
Və səhəri gün ayılan zaman bədəninə toxunub hər şeyin əvvəlki kimi
olduğunu görəndə həyatda həqiqətən var olan üç əsas gerçəyi öyrəndi 1.
zaman saniyələrə sığacaq qədər böyükdür.. 2. möcüzələrə hər zaman
inanmalısan. 3. mübarizə varsa yara üçün dərman da mökmən var..

Castin
yenidən çevrildiyini dərk edən zaman dərhal mühafizəçini çağırıb
yalnışlıqla qadınların bölməsinə gəldiyini deyəndə bir əl döyülməli olsa
da əlavə cəza almadan kişilər bölməsinə köçürülmüşdü.

- C..Castin? Sənin burada nə işin var ?! ( gözlərini bərəldən Benjaminlə Robert bir ağızdan soruşdular)

Castin
yaxınlaşaraq hər biri ilə tək tək görüşdükdən sonra bir qolunu
Benjaminin, digər qolunu Aleksin boynuna keçirərək yola düzələrkən
səsində hiss edilən gümrah sevinlə ucadan dedi:

- Gedək uşaqlar, sizə danışmalı olduğum bir hekayəm var!



Müəllif: Məsudə Cabbarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!