Kimsəsiz hisslər (2-ci bölüm)

Kimsəsiz hisslər (2-ci bölüm)
Bölümlü Hekayələr
10.09.2017 36
Nişana hazırlıqlar güclü şekilde gedirdi.Ekberi bir defe nişan paltarı alanda görmüşdüm.Yaraşıqlı,medeniyyetli bir insan idi.İki ya üç defe de telefonla qıda bağlantımız olmuşdu.Herşeyin yaxşı olacağına ümid edirdim.Hamı nişana böyük hevesle hazırlaşırdı.Lakin menim içimde bir narahatlıq var idi.Sanki birşey olacaq,xoşbextliyime mane olacaqdı.Ağa herşeyin menim üreyimce olması üçün elinden geleni edirdi.Toyun tez olacağı planı ise meni daha da gergin edirdi.Özümü evliliye hazır hiss etmirdim.Amma anam artıq cehizlerimi almış,mebellerimi seçmek üçün meni boğaza yığmışdı.Axşam idi.Hamımız zalda televizora baxırdıq.Devetnamelerden söhbet düşende atam elindeki pultu kenara qoyub:

-Ruslana devetname vermisen?Ailevi gelecekler sence?

-Yeqin ki,tek geler.Amma devetname yazılmayıb ona.Sabah işde deyerem,qelet edir o,devetname nedir.

Nedense Ruslanın adı çekilende üreyimden nese qopdu.Fikirden ayılaraq:

-Ağa,Ruslanı özüm devet edecem.Menim nişanımdıda,qoy özüm edim.

-Başqa vaxtı uşağı yeyirsen.Yaxşı sen devet edersen.

Heç özüm de bilmirdimki niye bele etmek istedim.Otağıma keçen kimi Ruslana zeng etdim.Qısa çağırışdan sonra kobud sesini eşitdim:

-Alo..

-Yesin üstünde oturmuşdun?

-Tanımadım ay qız nömrevi.Xeyir ola bu vaxt?

-Sene min defe demişem ki,nömremi qey et de.

-Neynireme senin nömreni?

-Ele?Heçne neyniyeceksen..Zeng etdim deyem ki bazar günü seni nişanıma devet edirem.Amma neynirsene menim nişanıma gelib?!Oldu Ruslan,gecen xeyre.

-Biraz nefes al ay qız,zarafat etdim.

-Mene ay qız deme demişem sene!

Bir söz demeye imkan vermeden,telefonu söndürdüm.Anlamırdımki niye bele edirem.Hirsimi çıxmağa adam axtarırdım.Normal qebul etmeye çalışıb hemin geceni narahatlıqla keçirdim.Artıq nişanıma iki gün qalmışdı.İçimdeki o boşluq dolmaq bilmirdi.Ekber yaxşı oğlan idi amma onda da qeribelik hiss edirdim.Bir neçe defe görüşüb söhbet etmişdik.Nişan günü gelmişdi.O merasim,aman Allah.Sanki qoluma giren menim gelecek ömür gün yoldaşım yox,düşmenim idi.Eli elime deydikce özümden aslı olmayaraq esebleşir,ondan diksinirdim.Sanki o zaman anlamışdım ki,biz bir-birimize göre deyilik.Nişanda Ruslan gelib bizimle şekil çekdirerken qulağıma pıçıldadı:

-Heçne üçün gec deyil,ay qız!

Ay qız sözünü vurğu ile demişdi.Onda başa düşmemişdim ne demek istediyini.Amma nişan bitdikden sonra gece sehere qeder ağlayaraq peşman olmağa başlamışdım.Ruslanın da Ekbere olan isteksizliyimi anlaması meni daha da incidirdi.Çünki istemirdim ki,kimse sehvimi anlasın.Günler ötüb keçirdi.Toy günüm belli olmuş,bir ay sonra ağ gelinlikde ata evimden çıxacaqdım.Ekberin anası ,bacısı,bütün qohumları mene qarşı o qeder mehriban idi ki,özümü çox günahlandırırdım.Toyuma çox az qalmışdı.Artıq gelen hefte toyum idi.Ekberle iki hefte idiki çox soyuq danışırdım.Nifret edirdim ona.Mene bir pisliyi deymeyen insana nifret edirdim.Bir o qeder de özüme nifrer edirdim.Ruslanla her defe qarşılaşanda içimdeki o boşluq özüne daha da yer edirdi.Anlamırdım,daha doğrusu özüme sığışdıra bilmirdim ona qarşı hisslerimi.Sevmirdim amma nebilim...Hisslerime nifret edirdim.Özüme nifret edirdim Ekbere xeyanet etdiyimi düşünürdüm.Özümü bağışlaya bilmirdim.Çünki menim hisslerim kimsesiz idi.

Artıq toy hazırlıqları bitmiş,evim bezenecekdi.O ev ki,men o evde xoşbext ola bilmeyecekdim.Bir axşam yene bütün aile oturub çay içirdik.Boğazımı yaşlayıb başımı aşağı salaraq heyatımda etdiyim en böyük cesarete addım atdım:

-Men nişanı qaytarmaq isteyirem.

Ağlamaq tutdu meni.Elimi üzüme tutub otağıma qaçmaq isteyende atamın sözleri bütün ümidlerimi puç etmişdi:

-Menim ölümüm qızımın elinden olacaq?!Neçe aydır nişanlısan.İndi oyandın?Seni incidir?Nedir sebeb?

-Onu sevmirem ata.Seve bilmedim.

Ağanın üzüne baxa bilmirdim.Anam meni ne qeder danlasa da,ana üreyi.Menimle beraber ağladı.Ona Ekberle xoşbext olmayacağımı desem de,meni anlasa da yene de nişanı qaytarmağa razı olmurdu:

-Men de atanı sevmemişem.Amma çox xoşbext oldum.Ekber de seni xoşbext edecek.Bax qızım,Gümüşüm,seni mecbur vermedik biz.Özün istedin.Atanı,qardaşını başı aşağı etme.Amma yene de qerar senindi.Men senin arxandayam.

Canım anam.En çox onu incitmişem.Atam razı olmadı nişanı qaytarmağıma.Ağa da bu defe atamın terefinde idi.Daha döze bilmirdim.Seher toyum idi.Ekberle eyni yatağı bölüşeceyime ölerem deyirdim.Hetta intihar planları da qurmuşdum.Gece Ruslandan gelen mesaj ise hönkür-hönkür ağlamağıma sebeb olmuşdu:

Sabah toyuna gele bilmeyecem ay qız.Tebrik edirem xoşbext olmağını çox isteyirem,Gümüş.Menim evezime de lezginka oynayarsan.Gelinliyini qaldırmaha bu defe başına.

Toylarda hemişe Ruslanla lezginka oynayardıq.Demek olarki qohumlarımızın bütün toylarına gelmişdi.Ağlamaqdan gözlerim şişmiş,ellerim.ese-ese Ruslana cavab yazmışdım:

-Eybi yox toyuma gele bilmedin,yasıma gelersen.

Bütün olanları Ruslana danışmışdım o gece.Ağladıqca Ruslanın derinden nefes alışı meni daha da kövreldirdi.Artıq ümidlerim tamamile sönmüşdü.Men gelinlikde otağımda oğlan evinin gelib meni aparmasını gözleyirdim.



Yazar: Ay Gulскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!